Yapon musiqi qrupu Şəkidə

Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Yay Teatrında Yaponiyanın “Va-Liqa” musiqi qrupunun konserti olub. Bəstəkarlar İttifaqından "Olaylar" - a bildirilib ki, konsertdə şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəsmiləri, festivala dəvət olunan qonaqlar, həmçinin musiqisevərlər iştirak ediblər.  Konsertdən əvvəl Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori çıxış edərək Şəki şəhərində keçirilən musiqi festivalında iştirak etməkdən qürur duyduğunu bildirib. Səfir qeyd edib ki, bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur. Bununla əlaqədar olaraq 2017-ci ildə ölkəmizdə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Şəkidə keçirilən festivalda Yaponiya musiqiçilərinin iştirakı bu baxımdan çox əlamətdardır.

Şəki "İpək Yolu" VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Yay Teatrında Yaponiyanın "Va-Liqa" musiqi qrupunun konserti olub. Bəstəkarlar İttifaqından "Olaylar" - a bildirilib ki, konsertdə şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəsmiləri, festivala dəvət olunan qonaqlar, həmçinin musiqisevərlər iştirak ediblər. 

Konsertdən əvvəl Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori çıxış edərək Şəki şəhərində keçirilən musiqi festivalında iştirak etməkdən qürur duyduğunu bildirib. Səfir qeyd edib ki, bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur. Bununla əlaqədar olaraq 2017-ci ildə ölkəmizdə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Şəkidə keçirilən festivalda Yaponiya musiqiçilərinin iştirakı bu baxımdan çox əlamətdardır.

Məlumat verilib ki, "Va-Liqa" musiqi qrupu Yaponiyanın ənənəvi musiqi və mədəniyyət janrının xaricdə təbliği ilə məşğuldur. Qrupun repertuarına Yaponiyanın ənənəvi Kabuki və No teatrlarının rəqs səhnələri, "vadaiko" (yapon barabanları), "şamisen" (simli musiqi aləti), "minyo" kimi folklor musiqisi daxildir. Qrup indiyədək dünyanın müxtəlif ölkələrində üç yüzdən artıq konsert verib. "Va-Liqa" musiqi qrupunun 2014-cü ildə və sonrakı illərdə paytaxt Bakıda və respublikamızın digər şəhərlərindəki konsertləri tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib. Konsertin sonunda ansambla festivalın rəmzi simvolu təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31