Gündəm

Deputat: Azərbaycanda sosial layihələr insanların bütün qruplarını əhatə edir

3 Avqust 2017 11:54

Azərbaycanda sosial layihələrin maliyyələşdirilməsi daim ön plandadır. Bunu Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dövlətin sosial siyasətinin mərkəzində ölkə vətəndaşının dayandığını hər zaman açıqlayıb.

Bakıda polis bölməsinin rəisi işdən çıxarılıb

3 Avqust 2017 11:50

Bakıda daha bir polis bölməsinin rəisi işdən çıxarılıb. Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubovmüvafiq əmr imzalayıb.

Abxaziyada baş verən partlayış zamanı 2 rusiyalı ölüb

3 Avqust 2017 11:46

Avqustun 2-də Abxaziyada silah anbarında baş verən partlayış nəticəsində 2 Rusiya vətəndaşı ölüb. Hadisə baş verərkən 3 rusiyalı həmin ərazidə at gəzintisində olub. Daha sonra iki nəfərin - Yelena Polyakova və Yelena Timofeyevanın meyitləri aşkar edilib. Onların hər ikisi Sankt-Peterburqdandır. Digər rusiyalı - Lüdmila Dmitriyeva isə xəstəxanaya çatdırılıb.

Avropa İttifaqı Lənkərana 13,5 milyon avro ayırdı

3 Avqust 2017 11:43

Avropa İttifaqı Azərbaycanın Lənkəran rayonunun inkişafı üçün 13,5 milyon avro vəsait ayırıb. Yeni yardım paketinin ayrılmasında məqsəd kənd və regionların inkişafı vasitəsilə ölkənin iqtisadi diversifikasiya siyasətini dəstəkləməkdir. Bildirilir ki, adambaşına düşən investisiya və gəlirlərə görə Lənkəran ən aşağı səviyyədə olan regionlardan biridir, lakin, eyni zamanda, bu regionun bağçılıq sahəsində böyük potensialı var.

Keçən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 27 993 müraciət daxil olub

3 Avqust 2017 11:41

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə vəVətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 27 993 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 22 848 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 5 145 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 341 sənəd (713 məktub, 519 ərizə, 109 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Atəşkəsin pozulması halları intensivləşir

3 Avqust 2017 11:40

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 141 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Prokurorluq serialla bağlı araşdırmalara başladı - FETÖ-yə aid kitaba görə

3 Avqust 2017 11:38

Türkiyənin “Kanal D” telekanalında yayımlanan “Çocuklar Duymasın” serialında Fətullahçı Terror Təşkilatına (FETÖ) aid olduğu iddia edilən "Barış Körpüləri; Dünyaya Açılan Türk Məktəbləri" adlı kitabın görüntüsünün yayımlandığı haqqında məlumat verilib. 

Merkeldən Türkiyəyə daha bir sanksiya

3 Avqust 2017 11:36

Almaniya-Türkiyə münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda, kansler Merkel növbəti sanksiyanı Türkiyəyə qarşı irəli sürdü. 

Yaponiya hökuməti istefaya getdi

3 Avqust 2017 11:34

Yaponiyanın Nazirlər Kabineti hökumətdə yeni yerdəyişmələr ərəfəsində fövqəladə iclas zamanı bütünlüklə istefaya gedib. Nazirlər artıq ölkənin baş naziri Sinzo Abeyə istefalarını təqdim ediblər.

Formula 1-də 30 min bilet satıldı

3 Avqust 2017 11:32

Formula 1 Azərbaycan Qran Prisində satışa çıxarılan 30 min biletin hamısı satılıb. Bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. N.Arpadarai bildirib ki, bu dəfə xarici vətəndaşlar tərəfindən alınan biletlərin sayı ötən illə müqayisədə iki dəfə çox idi.

NASA işçi axtarır – Maaş 187 milyon dollar

3 Avqust 2017 11:28

NASA dünyanı yadplanetlilərin bioloji istilasından qorumaq üçün "planetlərarası mühafizə işçisi" axtarır. Bu iş üçün təklif edilən maaş 187 milyon dollardır. Planetlərarası mühafizə işçisinin vəzifəsi planetləri kosmosdan gələn təbii və bioloji təhlükələrdən qorumaq olacaq. Eyni zamanda, kosmik kəşflər zamanı digər planetlərin zərər görməsinin qarşısını almalıdır.

Övladlarınızı bundan QORUYUN: internet oyunu 13 yaşlı uşağı ÖLDÜRDÜ

3 Avqust 2017 11:25

İnternet oyunlarına aludə olan azyaşlılar özləri də bilmədən psixoloji təsir altına düşürlər ki, bunun da qorxunc nəticələrə səbəb olcağı istisan deyil. Məhz tanımadıqları bir çox insanlarla müəyyən qruplar halında oynanan oyunlardan biri azyaşlının ölümünə səbəb olub.

Oktyabrın 12-dən özünüzü qoruyun ...

3 Avqust 2017 11:24

Milli Kosmik Agentliyin (NASA) alimləri Yerə təhlükə doğuran kosmik cismlərdən müdafiə olunmaq üçün ilk dəfə real asteroidin özündən istifadə etməyi planlaşdırırlar. Söhbət açdığımız asteroid 2012-TC4 adlanır. Baxmayaraq ki, o, Yer üçün təhlükə yaratmır, alimlər 12 oktyabr 2017-ci ildə planetimizin yanından keçəcək olan asteroidi geniş miqyaslı müşahidə etməyi planlaşdırır.

İŞİD-də döyüşən qubalı HƏR ŞEYİ ETİRAF ETDİ: "Məqsədim..."

3 Avqust 2017 11:22

Suriyada və İraqda İŞİD tərkibində döyüşməkdə təqsirləndirilən Rövşən Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Trampdan miqrantlarla bağlı YENİ ADDIM

3 Avqust 2017 11:21

Respublikaçı senatorlar tərəfindən miqrantlara "yaşıl kart"ın (Green Card) verilməsinə dair məhdudiyyətlərə əlavələr edilib. Yeni qanun layihəsi prezident Donald Tramp tərəfindən dəstəklənib.