Keçən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 27 993 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə vəVətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 27 993 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 22 848 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 5 145 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 341 sənəd (713 məktub, 519 ərizə, 109 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
3 Avqust 2017 11:41 SosialTəhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) daxil olan zənglərlə vəVətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 27 993 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 22 848 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 5 145 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 341 sənəd (713 məktub, 519 ərizə, 109 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, uşaqların ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu və müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib.