Abxaziyada baş verən partlayış zamanı 2 rusiyalı ölüb
Avqustun 2-də Abxaziyada silah anbarında baş verən partlayış nəticəsində 2 Rusiya vətəndaşı ölüb. Hadisə baş verərkən 3 rusiyalı həmin ərazidə at gəzintisində olub. Daha sonra iki nəfərin - Yelena Polyakova və Yelena Timofeyevanın meyitləri aşkar edilib. Onların hər ikisi Sankt-Peterburqdandır. Digər rusiyalı - Lüdmila Dmitriyeva isə xəstəxanaya çatdırılıb.
3 Avqust 2017 11:46 DünyaAvqustun 2-də Abxaziyada silah anbarında baş verən partlayış nəticəsində 2 Rusiya vətəndaşı ölüb. Hadisə baş verərkən 3 rusiyalı həmin ərazidə at gəzintisində olub. Daha sonra iki nəfərin - Yelena Polyakova və Yelena Timofeyevanın meyitləri aşkar edilib. Onların hər ikisi Sankt-Peterburqdandır. Digər rusiyalı - Lüdmila Dmitriyeva isə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hadisə avqustun 2-də yerli vaxtla saat 16:30 radələrində Qudauta rayonunun Primorskoye yaşayış məntəqəsindəki silah anbarında baş verib. Partlayış nəticəsində 60 nəfər, o cümlədən 27 rusiyalı xəsarət alıb. Onların həyatları üçün təhlükə yoxdur. Apa.az "RİA Novosti"yə istinadən xəbər verir.