Gündəm
Rusiya silkələndi
Rusiyanın şərq hissəsində yerləşən Kamçatka yarımadasında güclü zəlzələ qeydə alınıb. 5,5 bal gücündə baş verən yeraltı təkanın dərinliyi 64 km, episentri Petropavlovsk-Kamçatsk şəhərindən 95 km aralıda yerləşib. Yeraltı təkanlar nəticəsində yarımadada bir sıra yaşayış məntəqələrinə ciddi zərər dəyib.
Rusiya Müdafiə Nazirliyi bəyan etdi – ATƏŞKƏS
Rusiya Müdafiə Nazirliyi, Suriyada atəşkəs xəbərini yayıb. “Olaylar” “Haberturk” - ə istinadən bildiri ki, Rusiya Müdafiə Nazirliyi Suriyanın müharibə bölgəsi olaraq tanınan Şimali Humusta avqustun 3 – dən atəşkəs elan olacağını bildirib. Atəşkəsin 150 min adamın yaşadığı 84 yaşayış sahəsini əhatə edəcəyi qeyd olunur.
Yılmaz Güney haqqında film Toronto Film Festivalında
Yılmaz Güney haqqında film beynəlxalq festivalda nümayiş olunacaq 7-17 sentyabr tarixlərində təşkil ediləcək Toronto Film Festivalında türkiyəli rejissor Hüseyn Qabın Yılmaz Güney haqqında çəkdiyi "Çirkin kral efsanesi" adlı sənədli filmi nümayiş olunacaq. “Olaylar” “Cumhuriyet” - ə istinadən bildirir ki, sənədli filmin adı Güneyin Yeşilçam filmlərində oynadığı rollardan qalma ləqəbi ilə adlanıdırılıb.
Məşhur yazıçı xəstəxanaya yerləşdirildi
Məşhur türkiyəli yazıçı Muzaffer İzgü xəstəxanaya yerləşdirilib. Türk uşaq ədəbiyyatının önəmli simalarından olan "Olaylar" "Sözcü" - yə istinadən bildiri ki, Muzeffer İzgü qan azlığından əziyyət çəkir. Yazarın bu günə qədər uşaqlar üçün 107 kitab və 200 radio əsərləri yazıb.
Kafeyə silahlı basqın
Türkiyənin Ankara şəhərində yerləşən kafelərin birinə silahlı basqın olub. "Olaylar" "Sözcü" - yə istinadən bildirir ki, Basqın nəticəsində bir nəfər yaralanıb. Şəxsiyyəti məlum olmayan iki nəfər kafeyə daxil olaraq insanlara atəş açaraq, dərhal hadisə yerindən uzaqlaşıblar.
ABŞ hərbiçisi həlak oldu
Əfqanıstanın Qəndəhar vilayətində “Taliban” hərəkatının silahlıları NATO qüvvələrinin konvoyuna etdiyi hücum nəticəsində iki ABŞ hərbçisi həlak olub. Pentaqonun rəsmisi Ceff Devis insidentin təfərrüatlarını açıqlamasa da, xəbəri təsdiqləyib.
Lalə Məmmədova və Niyam Salami eyni səhnədə
Avqustun 4- 5 - də Fəvvarələr meydanında Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsert baş tutacaq. Bu həftənin konsert proqramında tanınmış mügənnilər Lalə Məmmədova və Niyam Salami maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görşünə gələcək.
7 milyon insan aclıqdan əziyyət çəkir
Birləşmiş Millətlər Təşkilatı Yəməndə 7 milyon insanın aclıq təhlükəsi ilə qarşı-qarşıya olduğu xəbərini yayıb. “Olaylar” bildirir ki, BMT Humanitar İşlər Koordinasiya Ofisinin internet saytında nəşr olunan hesabatda qeyd olunur ki, Yəməndə 5 yaşından kiçik 2,3 milyon uşaq aclıqdan əziyyət çəkir. Yəmənlilərin üçdə ikisinin humanitar yardıma ehtiyacı var. Ölkədə insanların sığınacaq, qida, su və səhiyyə xidmətlərinə təlabat çoxdu.
4 mərtəbəli bina çökdü
Türkiyənin Diyarbəkır vilayətinin mərkəzində bina çökdü. “Olaylar” "Anadolu" agentliyinə istinadən bildirir ki, çökmə təhlükəsinə qarşı öncədən bir bina və ətrafındakı 3 mənzil polis əməkdaşları tərəfindən boşaldılmışdı. Təhlükəsizlik tədbirlərinə görə boşaldılan 4 mərtəbəli bina axşam saatlarında çökdü. Binanın çökməsi nəticəsində ətrafda yerləşən bəzi yaşayış evlərinə maddi ziyan dəyib.
"15 iyul gecesi" filmi 7-ci Malatya Beynəlxalq Film Festivalında
Tanınmış kinorejissor və ssenarist Elçin Musaoğlunun Türkiyədə baş vermiş 15 iyul dövlət çevrilişi cəhdi zamanı yaşanan hadisələr barədə ekranlaşdırdığı sənədli film 7-ci Malatya Beynəlxalq Film Festivalında təqdim ediləcək. Anadolu Agentliyinə məlumat verən kinorejissor bildirib ki, "15 iyul gecəsi” adlı filmin çəkilişləri Azərbaycan və Türkiyədə (Ankara, İstanbul, Malatya) aparılıb. Filmdə Xalq Artisti Azərin də iştirak edir.
Almaniya rəssamların gözü ilə
Almaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi, “Qız Qalası” İncəsənət Qalereyası və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə Bakıda “Almaniya bir rəssamın gözü ilə” adlı rəsm müsabiqəsi elan edilib. Bu barədə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, əməkdar incəsənət xadimi Rafiq Kərimov məlumat verib. Onun sözlərinə görə, müsabiqədə rəssamlığa marağı olan hər kəs iştirak edə bilər. Lakin artıq mükafatlandırılan fırça ustaları sözügedən müsabiqəyə qatıla bilməzlər.
Məktəbdə partlayış
ABŞ-ın Minneapolis şəhərində məktəbdə partlayış baş verib. Partlayışdan sonra məktəbdə yanğın başlayıb. Hadisə nəticəsində 2 nəfər itkin düşüb, məktəb binası qismən uçub. İlkin versiyaya əsasən, partlayışa qaz sızması səbəb olub. Hazırda hadisə yerində xilasedici əməliyyat davam edir.
“Samsung” rüblük gəlirin həcminə görə ilk dəfə “Apple”i üstələyib
“Apple” şirkəti avqustun 1-də cari maliyyə ilinin üçüncü rübünün (2017-ci ilin ikinci rübünə təsadüf edir) yekunları üzrə rəsmi hesabat təqdim edib.
Məlumatların maqnit lent toplayıcılarında saxlanılması üzrə yeni dünya rekordu müəyyənləşib
ABŞ-ın "IBM" şirkəti məlumatların maqnit lent toplayıcılarında saxlanılması üzrə yeni dünya rekorduna imza atıb.
Yeni layihə virtual reallıqda Mars planetini öyrənəcək
“FMG Labs” studiyası ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) ilə əməkdaşlıqda “Steam” oyun servisində Mars planetinin tədqiqinə imkan verən “Mars 2030” layihəsini istifadəyə verib.





.jpg)





