ABŞ hərbiçisi həlak oldu

Əfqanıstanın Qəndəhar vilayətində “Taliban” hərəkatının silahlıları NATO qüvvələrinin konvoyuna etdiyi hücum nəticəsində iki ABŞ hərbçisi həlak olub. Pentaqonun rəsmisi Ceff Devis insidentin təfərrüatlarını açıqlamasa da, xəbəri təsdiqləyib. 

Əfqanıstanın Qəndəhar vilayətində "Taliban" hərəkatının silahlıları NATO qüvvələrinin konvoyuna etdiyi hücum nəticəsində iki ABŞ hərbçisi həlak olub. Pentaqonun rəsmisi Ceff Devis insidentin təfərrüatlarını açıqlamasa da, xəbəri təsdiqləyib. 

Reuters agentliyinin məlumatına əsasən, sükan arxasında olan terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb. Terror aktına görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31