"15 iyul gecesi" filmi 7-ci Malatya Beynəlxalq Film Festivalında

Tanınmış kinorejissor və ssenarist Elçin Musaoğlunun Türkiyədə baş vermiş 15 iyul dövlət çevrilişi cəhdi zamanı yaşanan hadisələr barədə ekranlaşdırdığı sənədli film 7-ci Malatya Beynəlxalq Film Festivalında təqdim ediləcək.  Anadolu Agentliyinə məlumat verən kinorejissor bildirib ki, "15 iyul gecəsi” adlı filmin çəkilişləri Azərbaycan və Türkiyədə (Ankara, İstanbul, Malatya) aparılıb. Filmdə Xalq Artisti Azərin də iştirak edir.

Tanınmış kinorejissor və ssenarist Elçin Musaoğlunun Türkiyədə baş vermiş 15 iyul dövlət çevrilişi cəhdi zamanı yaşanan hadisələr barədə ekranlaşdırdığı sənədli film 7-ci Malatya Beynəlxalq Film Festivalında təqdim ediləcək.

Anadolu Agentliyinə məlumat verən kinorejissor bildirib ki, "15 iyul gecəsi" adlı filmin çəkilişləri Azərbaycan və Türkiyədə (Ankara, İstanbul, Malatya) aparılıb. Filmdə Xalq Artisti Azərin də iştirak edir.

Qeyd edək ki, sözügedən festival noyabrın 9-dan 16-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31