Gündəm

Qazaxıstanda üzü örtən geyimlər qadağan oluna bilər

3 Avqust 2017 12:37

Qazaxıstanda ictimai yerlərdə üzü örtən və şəxsiyyəti müəyyənləşdirməyə mane olan geyimlərin qadağan olunmasını nəzərdə tutan dəyişikliklər müzakirə edilir. Bu barədə Qazaxıstanın din və vətəndaş cəmiyyəti məsələlər üzrə naziri Nurlan Yermekbayev deyib.

İstanbulda ən böyuk İslam Universiteti açılacaq

3 Avqust 2017 12:36

İstanbulda iri beynəlxalq İslam Universiteti açılacaq. Bu universitetin 2019-cu ilin sonu – 2020-ci ilin əvvəllərində fəaliyyətə başlayacağı gözlənilir. İslam Unversitetində tədris türk, ərəb və ingilis dillərində aparılacaq. Universitetdə həmçinin radikal İslam təlimləri ilə ideoloji mübarizə mərkəzi yaradılacaq.

Əsəbi zəiflərin izləməsi qəti qadağandır – Əri ölən arvadı ağlada-ağlada əri ilə birgə dəfn etdilər- VİDEO

3 Avqust 2017 12:34

Taylannda qəbilələrdən birində baş verən vəhşilik görüntülənib. Görüntülərdə əri ölən qadın əri ilə birgə diri-diri basdırılaraq dəfn edilir.

Azərbaycan Prezidenti Balakəndə Bayraq Muzeyinin açılışında iştirak edib

3 Avqust 2017 12:27

Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakən şəhərində inşa olunan Bayraq Muzeyinin açılışında iştirak edib. MPrezident İlham Əliyev Balakən Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi.

İlham Əliyev Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib

3 Avqust 2017 12:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib. Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi elektroenergetika sistemi də ən müasir tələblər səviyyəsində yenidən qurulub, bu istiqamətdə köklü dəyişikliklər aparılıb. İcra edilən layihələr arasında yeni su elektrik stansiyalarının inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Balakəndə yeni inşa edilən Su Elektrik Stansiyası da bu baxımdan böyük rol oynayır. Bu cür layihələrin icrası bölgələrin enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, eyni zamanda, regionların inkişafına təkan verməklə, əlavə iş yerlərinin açılmasına səbəb olur. Mütəxəssislərin araşdırmalarına görə, respublikanın müxtəlif bölgələrində dağ çayları və suvarma kanalları üzərində onlarla kiçik su elektrik stansiyasının tikintisini həyata keçirmək mümkündür. Kiçik su elektrik stansiyalarının tikintisi bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə imkan verir, digər tərəfdən isə ətraf mühitə heç bir zərər yetirmədən istehlakçıları elektrik enerjisi ilə təmin edir.

Millət vəkili: “Onun-bunun qapısında olmaq ermənilərin köhnə adətidir” 

3 Avqust 2017 12:20

“İyulunun 30-da “Layiqli tərəfdaş-2017 ” adı altında Gürcüstannın Vaziana hərbi bazasında NATO təlimlərinə start verilib. Maraqlısı odur ki, bu təlimlərdə heç vaxt layiqli tərəfdaş olmadığı Ermənistan da iştirak edir. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır və belə işğalçı ölkənin təlimlərdə “Layiqli tərəfdaş-2017 ” adı altında NATO ilə bir yerdə olması dünyada haqq ədalətin olmadığını göstərir”. Bunu millət vəkili Azər Badamov deyib.

Taleh Bağırov və Fuad Qəhrəmanlı ilə bağlı YENİ ADDIM

3 Avqust 2017 12:18

Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı, Abbas Hüseynov və digərləri həbsxanaya etap ediliblər.

Qapısı açıq evə girdi və başına gəlməyən qalmadı ...

3 Avqust 2017 12:17

Avstraliyanın qərbində yerləşən Esperans şəhərində qəribə oğurluq hadisəsi baş verib. Regionun ən zəngin evinə oğurluğa girən şəxsin günahı başqasına ödədilib. Ev sahiblərinin evdə olmamasından istifadə edən oğru evi talan edib və gedib. Ümumilikdə 4 min dollar dəyərində qızıl zinət əşyaları və əsginasların oğurlandığı evə girən 32 yaşlı "bomj" sadəcə gecəni burda keçirtmək istəyib.

Medvedev: “Rusiyaya müharibə elan etdilər”

3 Avqust 2017 12:15

Rusiyanın Baş naziri Dmitri Medvedev ABŞ-ın yeni sanksiyalarla Rusiyaya qarşı ticarət savaşı elan etdiyini deyib. Baş nazir yeni sanksiyalar layihəsinin ABŞ prezidenti tərəfindən imzalanmasının bir neçə nəticəsi olduğunu bildirib: “İlkin olaraq ABŞ-la Rusiya arasındakı münasibətlərin yaxşılaşdırılması ümidi artıq tarixə qovuşdu. İkincisi, D.Tramp icra səlahiyyətlərini ən alçaq formada konqresə verməklə gücsüzlüyünü sərgilədi. Bu isə ABŞ siyasətindəki güc balansını dəyişdirdi”.

Çimərlikdə faciə: 56 yaşlı kişi və 8 yaşlı qız həlak oldular - VİDEO

3 Avqust 2017 12:10

56 yaşlı kişi və 8 yaşlı qız Portuqaliyanın paytaxtı Lissabondan 30 km cənubdakı Koşta de Kaparika şəhərindəki San-Huan çimərliyində həlak olublar. Yüngülmühərrikli, Cessna-152 markalı özəl təyyarənin çimərliyiə qəza enişi etməsi nəticəsində faciə yaşanıb.

“Heydər Əliyev irsi və İslam həmrəyliyi”  adlı tədbir keçirilib

3 Avqust 2017 12:06

Ağdam rayonu Xındırıstan kənd məscidi dini icması tərəfindən Ağdam rayonu Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsi və İslam həmrəyliyi”  adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov açaraq bildirib ki, ölkəmizdə bu ilin “İslam Həmrəyliyi İli” elan olunmasının başlıca məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir.

Paytaxt səmasında MiQ-29 döyüş təyyarələri

3 Avqust 2017 12:05

Avqustun 3-də “Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən gəmi heyətləri Xəzər dənizində təyin olunmuş rayonda hava hədəflərinin məhv edilməsi üzrə peşəkarlıqlarını nümayiş etdirəcəklər. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyi yayıb. Bildirilib ki,müsabiqənin bu mərhələsinin təmin olunmasına Azərbaycan Hərbi Hava Qüvvələrinin dörd MiQ-29 təyyarəsi cəlb olunacaq.

Sel 196 min insana ziyan vurdu

3 Avqust 2017 12:04

Çinin cənub və qərb bölgələrində tüğyan edən güclü leysan yağışlar 10 nəfərin həyatına son qoyub, daha 4 nəfər itkin düşmüş hesab olunur. “Olaylar” RİA Novosti agentliyinə istinadən bildirir ki, iyulun 30-dan avqustun 2-dək yağam aramsız yağıntılar 20 şəhərdə ciddi fəsadlar törədilib. Regionda 196 min insana ziyan dəyib. Təbii fəlakət nəticəsində 800 bina zədələnib, şiddətli yağışlar 6,5 min hektar kənd təsərrüfatı sahələrinə zərər vurub.

"Üçüncü dəhşətli hadisədir ki, kaş ölüm hökmü olsaydı deyirəm" - Qənirə Paşayeva

3 Avqust 2017 12:00

Dünən Naxçıvanda baş verən dəhşətli hadisəyə millət vəkili Qənirə Paşayeva da biganə qalmayıb. Xanım deputat baş vermiş hadisəni qınayaraq, bunları deyib: "Xəbərin dəhşətindən çox sarsılmışam. Sanki, əlim-ayağım buz bağlamışdı. Bunu törədən insan ola bilməz. Bir vəhşidir vəssalam...

Prezident İlham Əliyev Balakən rayonuna səfərə gəlib

3 Avqust 2017 11:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.