Çimərlikdə faciə: 56 yaşlı kişi və 8 yaşlı qız həlak oldular - VİDEO

56 yaşlı kişi və 8 yaşlı qız Portuqaliyanın paytaxtı Lissabondan 30 km cənubdakı Koşta de Kaparika şəhərindəki San-Huan çimərliyində həlak olublar. Yüngülmühərrikli, Cessna-152 markalı özəl təyyarənin çimərliyiə qəza enişi etməsi nəticəsində faciə yaşanıb.

Təyyarədəki iki şəxs xəsarət almayıblar. Çimərlik üzərində aşağıdan uçan təyyarəni görənlərin bəziləri qaçmağa başlayıblar. Polisdən verilən məlumata görə, təyyarənin qanadındakı texniki nasazlıq qəxa enişinə səbəb olub. 1978-ci ildə inşa olunmuş təyyarəni idarə edən 56 yaşlı təlimatçı pilotun dediyinə görə, onun dənizə eniş etməsi mümkün deyildi. Təyyarənin çimərliyə enərək iki nəfərin ölümünə səbəb olduğunu görənlər "Qatil! Qatil!" qışqırmağa başlayıblar. Milli.az Diario de Noticias-a istinadən  xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31