Gündəm

Ekspert: “Prezident il ərzində yüzlərlə strateji görüşlər keçirir”

3 Avqust 2017 13:22

"Dünyanın siyasi beyin mərkəzləri xüsusi proqram çərçivəsində bütün dünya liderlərini təhlil edirlər. Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev ilk sıralarda qərarlaşıb". Bunu  internet-media eksperti Səbuhi Abbasov deyib.

Respublika çaylarında suyun oksigen rejimi norma daxilində dəyişib

3 Avqust 2017 13:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayında növbəti monitorinq həyata keçirib. Departamentdən bildirilib ki, iyul ayının üçüncü ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının ikinci ongünlüyünə nisbətən saniyədə 22,5 kubmetr azalaraq saniyədə 69,6 kubmetr təşkil edib.

İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib

3 Avqust 2017 13:15

İraq Silahlı Qüvvələri Mosuldan qərbdə yerləşən Təll-Əfrir şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyata başlayıb.  Federal hökumət qüvvələrinin komandirlərinin bəyanatına əsasən, Təll-Əfrir rayonunda təxminən 18 kənd azad edilib.

Ermənistan Ordusunda işgəncə FAKTLARI - Əsgər valideynləri hədələnir

3 Avqust 2017 13:13

Ermənistan ordusunda qeydə alınan sayca ən çox hadisələrdən biri də hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlər zəminində baş verən cinayət hallarıdır. Belə insidentlər zamanı xəsarət alan hərbi qulluqçuların valideynlərinin Ermənistan Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, hadisələrin qarşısını almaq mümkün olmur.

Putin qonşu ölkəyə 100 minlik ORDU YERİDİR: müharibəyə doğru NÖVBƏTİ HƏMLƏ

3 Avqust 2017 13:08

Rusiya Belarusla birlikdə 100 min əsgərin iştirak edəcəyi hərbi təlimlərə hazırlaşır. Yayın sonunda başlayacaq təlimlər bir neçə ay davam edəcək. Təlimlər Rusiya-ABŞ qarşıdurması və NATO-nun Şərqi Avropada rus sərhədlərinə qədər gələrək, bölgəyə hərbi kontingentlər toplaması fonunda diqqət çəkir. Təlimin adı da əslində Kremlin hədəfini aydın göstərir: “Zapad”. Bu, rus dilində “Qərb” deməkdir. Hesab etmək olar ki, Rusiya Belarusda – Şərqi Avropaya qoşun çıxaran NATO ilə üzbəüz bölgədə 100 minlik hərbi təlim keçirməklə, öz mövqeyini açıq şəkildə ifadə edir.

Bakıda Gürcüstan vətəndaşından 5 kiloqrama yaxın narkotik götürülüb

3 Avqust 2017 13:06

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Gürcüstan vətəndaşı saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi (RPİ) Narkotiklərlə Mübarizə Bölməsi (NMB) əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Gürcüstan vətəndaşı Maksime Kobuladze saxlanılıb.

Türkiyəli iş adamlarına qarşı dələduzluq edən şəxs axtarışa verilib

3 Avqust 2017 13:04

Türkiyəli iş adamlarına qarşı dələduzluq edən Azərbaycan vətəndaşı axtarışa verilib. Bu barədə  Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumatda qeyd olunur ki, 1969-cu il təvəllüdlü Aslanlı Füzuli Aslan oğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda törədildikdə) maddəsi ilə axtarış elan edilib.

Hava buludlu, yağmurlu olacaq

3 Avqust 2017 12:58

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. 

XİN xarici jurnalistlərin sürücülük vəsiqələrinin dəyişdirilməsində vasitəçilik etməyəcək

3 Avqust 2017 12:54

Azərbaycanda akkreditə olunmuş xarici mətbuat orqanlarının əməkdaşlarının sürücülük vəsiqələrinin dəyişdirilməsi Xarici İşlər Nazirliyinin (XIN) vasitəçiliyi ilə həyata keçirilməyəcək. Daxili İşlər Nazirliyi bununla bağlı “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimat”da dəyişiklik edib.

BAKI: Sürücü keçmiş xanım məmura təcavüz etmək istədi

3 Avqust 2017 12:50

Azərbaycanda keçmiş xanım məmura təcavüz etmək istəyiblər. Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş əməkdaşı Nuridə Allahyarova bu barədə sosial şəbəkədə məlumat yayıb. Keçmiş xanım məmur bildirib ki, O, 7-ci sinifdə oxuyarkən sürücüləri tərəfindən zorakılığa məruz qalıb.

Müslüm Maqomayev xaricə buraxılmayanda Heydər Əliyev nə edib – tarixin sensasiyası

3 Avqust 2017 12:48

Dahi müğənni Müslüm Maqomayevin şəxsi adı - "Müslüm", istər Avropada, istər Amerikada “müsəlman” mənasında işlədilir. Xarici qastrol səfərlərinədək müğənni öz adına bir o qədər fikir verməzdi. Ağlına belə gətirə bilməzdi ki, bir gün həmin ad öz sahibinə Avropada başağrısı gətirə bilər. Bakıdakı bütün siyasi “süzgəcləri” birnəfəsə keçən Müslüm Moskvda bərk ilişir.

Maestro Niyazinin xatirəsi yad edildi

3 Avqust 2017 12:47

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət Mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı, Maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Muzeydən “Olaylar” – a bildirib ki, tədbiri giriş sözü ilə  muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova, muzeyin şöbə müdiri Xanım Abdinova çıxışlarında Maestro Niyazinin yaradıcılığı, Azərbaycan musiqi mədəniyyətində əvəzsiz xidmətlərindən bəhs etdilər. Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın ifasında Niyazinin əsərlərindən ibarət musiqi proqramı ilə çıxış edib.

Azərbaycanda satılan bu kəsmik təhlükləlidir

3 Avqust 2017 12:41

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan nəzarət tədbirləri zamanı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Gülbala Qasımzadə tərəfindən istehsal olunan "Doyarka" adlı kəsmiyin etiketində onun saxlama temperaturunun düzgün göstərilmədiyi müəyyən olunub.

"Özümü döydürdüm ki, məndən şübhələnməsinlər"

3 Avqust 2017 12:39

Türkiyənin Konya bölgəsində qəribə hadisə baş verib. 5 aydır çobanlıq edən əslən Əfqanıstan vətəndaşı olan Feyzullah Amade özü özünü döydürdüb. Yalan şikayətə görə polis 2 gün ərzində hadisəni törədənləri axtarıb.