"Özümü döydürdüm ki, məndən şübhələnməsinlər"
Türkiyənin Konya bölgəsində qəribə hadisə baş verib. 5 aydır çobanlıq edən əslən Əfqanıstan vətəndaşı olan Feyzullah Amade özü özünü döydürdüb. Yalan şikayətə görə polis 2 gün ərzində hadisəni törədənləri axtarıb.
3 Avqust 2017 12:39 DünyaTürkiyənin Konya bölgəsində qəribə hadisə baş verib. 5 aydır çobanlıq edən əslən Əfqanıstan vətəndaşı olan Feyzullah Amade özü özünü döydürdüb. Yalan şikayətə görə polis 2 gün ərzində hadisəni törədənləri axtarıb. 2 dəfə ifadə verən çobanın ziddiyyətli şikayətləri polisləri şübhələndirib. Həbs olunacağından qorxan çoban hər şeyi etiraf edib. Sahibinin sürüsündən 45 baş iribuynuzlu heyvanın oğurlanmasını izah edə bilmədiyi üçün yalan danışıb: "45 heyvanın qiyməti 250 min lirə edir. Bu pulu ödəyə bilməzdim. Ona görə özümü döydürüb əl-qolumu bağlatdım ki, məndə günah görməsinlər".
Heyvanlar tapılaraq sahibinə təhvil verilsə də, Feyzullah Amade polisi yanıltmağa cəhd göstərdiyi üçün cinayət məsuliyyətinə cəlb olunub. Publika.az