Gündəm
Millət vəkili: "Beynəlxalq Dəniz Ticarət Limanının işə düşməsi geniş imkanlar yaradacaq"
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti uğurudur. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov Prezident İlham Əliyevin Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyəti, habelə buradakı kompleksinin tikintisinin sürətlənməsi ilə bağlı avqustun 2-də imzaladığı sərəncamları şərh edərkən belə deyib.
Dəhşət: ayı onunla zarafat edən adamı qəfəsinə salaraq parçaladı- VİDEO 18+
Taylanddakı məbədlərdən birində turistin ayı ilə "zarafat" istəyi faciə ilə bitib. Olay Taylandın Phetçabun vilayətindəki zooparkda yaşanıb. 36 yaşlı Nayfum Promratee məbədin həyətində yerləşən, ayı saxlanan volyerə yaxınlaşıb.
“Media ancaq dövlətin yanında güclü və yenilməzdir”
Ölkəmizdə söz, mətbuat azadlığının dünəni, bu günü və gələcəyi haqqında “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevlə birgə nəzər saldıq. Söhbətimizə ilk olaraq ölkəmizdə söz və mətbuat azadlığını tarixinə nəzər salan Aydın müəllim qısa olaraq mətbuatımızın 142 illik tarixi, keşməkeşli yoluna işıq saldı.
173 canlı bomba axtarışda – İnterpol açıqladı
İnterpolun Avropa təhlükəsizlik təşkilatlarına IŞİD terror qruplaşmasının üzvü olan 173 canlı bombanın siyahısını göndərib. “Olaylar” “Sozcu” – yə istinadən bildirir ki, qeyd olunan siyahıda altı Avropa vətəndaşı var. Siyahıdakı 132 nəfərin İraq, Şimali Afrika, Körfəz ölkleri, Tacikistan və Bangladeşdən olduğu bildirilir. Siyahıda altı Avropa- Almaniya, Belçika, Fransa, Hollandiya və Bosniya və Hersoqovina vətəndaşlarının olduğu bildirilir.
Bakının mərkəzində turistə qarşı CİNAYƏT
Bakıda soyğunçuluq hadisəsi baş verib. Oman vətəndaşı Abdulla Naseer Əlhadabi polisə mürciət edərək bildirib ki, Nəsimi rayonu Şamil Əzizbəyov küçəsində Murad adlı şəxs onu soyub. Şikayətçinin sözlərinə görə, həmin küçədə Murad ondan pul istəyib. Bakıya turist kimi gəlmiş Oman vətəndaşı pul qabını cibindən çıxaran kimi həmin şəxs onun əlindən pul qapını alaraq qaçıb.
Ölən dilənçinin evindən xəzinə çıxdı
İraqın paytaxtı Bağdadın cənubundakı Nəcəf şəhərində dünyasını dəyişən bir dilənçinin evində 72 milyon 322 min İraq dinarı və zinət əşyaları aşkar edilib. Polis hadisə ilə bağlı aldığı məlumat əsasında adamın evində apardığı araşdırmalar nəticəsində milyonlarla İraq dinarı, valyuta və daş-qaşların olduğu torbalar tapıb.
Prezident İlham Əliyev Zaqatala rayonuna səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatala rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında dahi şəxsiyyətin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
İqtisadi uğurların sosial sahəyə müsbət təsirləri
Azərbaycanın uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət ölkənin bütün beynəlxalq risq və təhdidlərə baxmayaraq öz inkişaf yolunu davam etdirməsi, bu sahədə nailiyyətlər əldə etməsini şərtləndirir.
Vaşinqton-Moskva gərginliyinin regiona mümkün təsirləri
Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlərdə növbəti gərginlik atmosferi müşahidə edilir. Kremldə Donald Trampın Ağ Evə rəhbərlik etdiyi ilk aylarda Vaşinqtonla münasibətləri normallaşdırmaq ümidi yaransa da, lakin son həftələrdə okeanın o tayından atılan addımlar bu ümidləri tamamilə puça çıxarıb. Üstəgəl, Birləşmiş Ştatların Rusiya ilə sərhəddə, Gürcüstanda hərbi təlim keçirmək niyyəti və NATO-nun da bu prosesə cəlb edilməsi Vaşinqton-Moskva gərginliyini kifayət qədər artırıb. Bəs görəsən Rusiya-Amerika münasibətlərinin gərgin xarakter alması regiona necə təsir göstərəcək? Ümumiyyətlə, dünyanın iki super gücünün hansısa ortqa məxrəcə gəlməsi mümkündürmü?
ABŞ-ın Türkiyəyə qarşı gizli əməliyyatı: 4 XAİN TƏLƏB
Suriyada müxaliflərə verdiyi silah dəstəyini kəsən ABŞ geri topladığı silahları PKK\PYD terror təşkilatına göndərir. Silahları geri verməyən müxalif qruplar bombalanmaqla təhdid edilir. Amerika müxalif qüvvələrdən zorla aldığı silahları İordaniyaya keçirir. İordaniyanın şimalında yerləşən ABŞ hərbi bazasından Qamışlı bölgəsinə göndərilən raket rampları və piyada topları, həmçinin, avtomat silahlar Hasekidəki PYD terror təşkilatına təslim edilir.
12 məhbus həbsxanadan qaçdı
Amerikanın Alabama ştatında keşikçinin fikrini yayındıran məhbuslar həbsxanadan qaçıblar. Yerfındığı yağının köməyi ilə çıxış qapısının nömrəsini dəyişən məhbuslar növbəni yeni təhvil alan keşikçidən kameranın qapısını açmasını istəyiblər. Yanlışlıqla ümumi qapının kilidini açan keşikçi 12 məhbusun qaşmasına səbəb olub. Məhbuslar tikanlı məftillərlə hörülmüş divardan keçmək üçün yorğanlardan istifadə ediblər.
ABŞ-dan Türkiyəyə MÜHARİBƏ XƏBƏRDARLIĞI: əks təqdirdə...
ABŞ Türkiyəyə xəbərdarlıq edir, əks təqdirdə müharibə başlaya bilər. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Mixael Ratney müxaliflərin əlində olan İdlibin “Əl-Nusra”nın nəzarətinə keçə biləcəyi haqda danışıb. “İdlibdə Nusra cəbhəsi hakimiyyət qurarsa, ABŞ hərbi müdaxilə edəcək. Nusra cəbhəsinin bütün üzvləri “Əl-Qaidə” döyüşçüləridir. Onlar adlarını dəyişdirsələr də, ABŞ-ın hədəfində qalacaqlar”, - deyə o bildirib.
İranın XİN müavini Moskvadan Ankaraya gəldi
İran xarici işlər nazirinin Yaxın Şərq məsələləri üzrə müavini Hüseyn Cabir Ənsari Ankaraya səfər edib. Türkiyəyə birbaşa Moskvadan yola düşüb.
Almaniyada barda YANĞIN - Xəsarət alanlar var
Almaniyanın Hessen federal torpağında barda yanğın baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb. Onlardan bir nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.
Zidanın oğlu "Real"ın əsas komandasında
"Real"ın baş məşqçisi Zinəddin Zidanın oğlu Luka Zidan əsas komandada debüt edib. 19 yaşlı qolkiper MLS-in ulduzları yığmasına qarşı yoxlama matçında oynayıb. O, 72-ci dəqiqədə Ruben Yanesi əvəzləyib.














