Dəhşət: ayı onunla zarafat edən adamı qəfəsinə salaraq parçaladı- VİDEO 18+

Taylanddakı məbədlərdən birində turistin ayı ilə "zarafat" istəyi faciə ilə bitib.  Olay Taylandın Phetçabun vilayətindəki zooparkda yaşanıb. 36 yaşlı Nayfum Promratee məbədin həyətində yerləşən, ayı saxlanan volyerə yaxınlaşıb.

Taylanddakı məbədlərdən birində turistin ayı ilə "zarafat" istəyi faciə ilə bitib.  Olay Taylandın Phetçabun vilayətindəki zooparkda yaşanıb. 36 yaşlı Nayfum Promratee məbədin həyətində yerləşən, ayı saxlanan volyerə yaxınlaşıb. O, volyerin dəmir qəfəsindən aşağı əyilərək içində düyü olan qabı iplə aşağı sallayıb, yellədərək ayı ilə "zarafatlaşmaq" istəyib. Hirslənmiş ayı arxa pəncələri üstə qalxaraq Naiphumu dartıb aşağı salıb və parçalamağa başlayıb. Daha sonra o, "şikar"ını damına aparıb. Məbədin mühafizəçiləri dərhal volyerə girərək ağır yaralar almış turisti ayının cəngindən alıblar.

Xəstəxanaya aparılmış Nayfum Promatree reanimasiya bölməsindədir. Həkimlərin dediklərinə görə, onun durumu kritikdir. Milli.az AsiaOne-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31