İqtisadi uğurların sosial sahəyə müsbət təsirləri

Azərbaycanın uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət ölkənin bütün beynəlxalq risq və təhdidlərə baxmayaraq öz inkişaf yolunu davam etdirməsi, bu sahədə nailiyyətlər əldə etməsini şərtləndirir.

Əhalinin sosial rifah halının yaxşılaşdırılması hər zaman diqqət məkəzindədir

Azərbaycanın uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət ölkənin bütün beynəlxalq risq və təhdidlərə baxmayaraq öz inkişaf yolunu davam etdirməsi, bu sahədə nailiyyətlər əldə etməsini şərtləndirir. Elə cari ilin birinci yarım ilinin yekunları da belə deməyə əsas verir. Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında istər dövlət başçısı, istərsə də müvafiq dövlət qurumları tərəfindən səsləndirilən statistik göstəricilər də deyilənləri təsdiqləyir. Birinci yarım ildə qeydə alınan müsbət dinamika ümumilikdə 2017-ci ilin uğurla başa çatacağına da əminlik yaradır. Politoloq Ramiz Alıyev də deyir ki, ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətlərın təməlində həyata keçirilən uğurlu sosial və iqtisadi siyasət dayanır. Onun sözlərinə görə, məhz aparılan düzgün siyasətin və atılan uğurlu addımların nəticəsində Azərbaycan dünyanı bürüyən iqtisadi təhdidlərdən özünü qoruya bilir və öz inkişaf yolıunu davam etdirir: "Bu gün barmaqla sayıla biləcək ölkələr var ki, Azərbaycan kimi özünü beynəlxalq iqtisadi risklərdən, təhdidlərdən sığortalaya bilib. Ancaq həmin ölkələrə diqqət yetirdikdə aydın şəkildə görürük ki, həmin ölkələr nisbətən özlərini bu kimi risklərdən sığortalaya bilsələr də, lakin Azərbaycan kimi inkişaf yolu keçə bilmirlər. Bu tipdən olan ölkələr zamanında nəzərdə tutduqları sosial layihələri təxirə salmaq, ertələmək, və ya tamamilə onun icrasını dayandırmaq məcburiyyətində qaldıqları halda, Azərbaycan isə heç bir sosial layihədə ləngimə, yubanmaya yol vermir, onların icrasını davamlı şəkildə həyata keçirir". Ramiz Alıyev qeyd edib ki, Azərbaycanda iqtisadiyyatdan əldə edilən gəlirlərin sosial sferaya yönləndirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması məqsədilə sistemli tədbirlərin həyata keçirilməsi artıq proqram xarakteri alıb və 10 ildən çoxdur ki, proseslər bu templə davam edir: "İlkin mərhələdə neftdən gələn gəlirlərin sosial sahəyə yönəldilməsi təmin edildiyi halda, artıq indi iqtisadiyyatıən digər sahələrindən gələn gəlirlər bu istiqamətə sərf edilir. Bu da təbiidir. Bzim dövlət büdcəmizin də sosialyönümlü olduğunu nəzərə alsaq, o zaman Azərbaycan dövlətinin sosial sahəyə nə qədər ciddi diqqət yetirdiyi aydın olur". Ramiz Alıyev bildirib ki, Cənab Prezident İlham Əliyev də davamlı olaraq sosial sahəni əhatə edən fərman və sərəncamlar imzalayır, dövlət proqramları təsdiq edir ki, bu da əhalinin sosial rifah halının yaxşılaşdırılmasına öz müsbət təsirini göstərir: "Ötən illər ərzində çətin şəraitdə yaşayan bir milyona yaxın qaçqın və məcburi köçkün soydaşlarımız üçün müasir standartlara cavab verən yaşayış kompleksləri, binaların tikilib istifadəyə verilməsi, bu qəbildən olan insanlar üçün müəyyən imtiyazların tətbiq edilməsi, işğaldan azad edilən ərazilərdə infrastrukturun yaradılması bütün bunlara əyani sübutdur. Həmçinin il ərzində bir neçə dəfə pensiya və müavinətlərin, əmək haqqlaının artırılması da sosial sahədə atılan müsbət addımlardandır. Bütün bunlar həm də onu deməyə əsas verir ki, Azərbaycanın hər bir vətəndaşının sosial durumunun yaxşılaşdırılması, onun rahat şəraitdə yaşaması dövlət başçısının diqqətində olan məsələdir". Ramiz Alıyev qeyd edib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi kifayət qədər azalıb, işsizlik problemi aradan qalxıb: "Bu məsələdə xüsusilə onu qeyd etmək lazımdır ki, Cənab Prezidentin 600 min iş yerinin açılacağı barədə hələ 2003-cü ildə andiçmə mərasimi zamanı söylədiyi fikirlər və onun da qısa zamanda reallaşması sosial sahədə atılmış ən mühüm addım idi. Qeyd etmək yerinə düşər ki, həmin tarixdən indiyə qədər Azərbaycanda 1,5 milyon iş yeri açılıb ki, onların da 1 milyon 200 mini daimi iş yeridir. Nəzərə alsaq ki, sosial problemlərin meydana gəlməsinin başlıca səbəbi işsizlik olur və Azərbaycanda isə 14 il ərzində 1,5 milyon iş yeri açılıb, bu o deməkdir ki, əhalinin sosial problemləri tamamilə aradan qalxıb. Çünki hər bir işçi qüvvəsinin ətrafında yaşayan ən azı 4-5 nəfərin həyat şəraitini yaxşılaşdırması ölkə əhalisinin tamamı deməkdir". Ramiz Alıyev bütün əldə edilən nailiyyətlər və qazanılan uğurlara baxmayaraq Azərbaycan dövlətinin günümüzdə də sosial sahədə tədbirlərini davam etdirdiyini, daha çevik və səmərəli adımlar atdığını diqqətə çatdırıb.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31