Almaniyada barda YANĞIN - Xəsarət alanlar var
Almaniyanın Hessen federal torpağında barda yanğın baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb. Onlardan bir nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.
3 Avqust 2017 13:39 DünyaAlmaniyanın Hessen federal torpağında barda yanğın baş verib. Hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb. Onlardan bir nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.
Şahidlərin sözlərinə görə, hadisə yerində partlayışa bənzər səslər eşidilib. Yanğın nəticəsində yaxınlıqdakı yaşayış binasına da ziyan dəyib. Polis yanğının səbəblərini araşdırır. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31