Gündəm

Keçən ay 9673 metr qazma işi həyata keçirilib

3 Avqust 2017 15:27

2017-ci ilin iyul ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9673 metr qazma işi həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 9071 metri istismara, 602 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-iyul aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 83462 metr qazma işi görülüb ki, bunun da 77078 metri istismara, 6384 metri isə kəşfiyyata aid olub. 

Binəqədi rayonunda növbəti məlumat saatı keçirilib

3 Avqust 2017 15:26

Avqustun 3-də Binəqədi Rayon İcra Hakimiyyətində “Strateji Yol Xəritəsi: Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin təmin edilməsi. Davamlı iqtisadi inkişafa keçid” mövzusunda “Məlumat saatı” keçirilib.

73 473 manat gecikdirilmiş sosial ödəniş işçilərə ödənilib

3 Avqust 2017 15:24

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaş müraciətləri diqqətlə araşdırılır, işçi hüquqlarının pozulması, o cümlədən əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları aşkar olunduqda belə halların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

Uşaq paralimpiyaçıları beynəlxalq turnirdə

3 Avqust 2017 15:19

Azercell Telekom MMC-nin dəstəyi ilə yaradılan Uşaq Paralimpiya Komitəsi fəaliyyətini uğurla davam etdirir, belə ki komitədə idman növlərinin sayı artırılaraq 6-ya çatdırılıb. İndi uşaqlar burda boccia, üzgüçülük, stolüstü tennis, cüdo, qolbol və əlil arabasında idman rəqsi ilə məşğul olurlar. Mərdəkan və Gənclik bərpa mərkəzlərində 32 uşaq boccia, Sumqayıt Paralimpiya kompleksində 40 nəfər üzgüçülük, Qaradağ tennis məktəbində 6 nəfər stolüstü tennis, Sumqayıt Paralimpiya Kompleksində 32 nəfər cüdo, Korlar Cəmiyyətinin binasında 20 nəfər qolbol, AF Mall ticarət mərkəzinin rəqs zalında isə 1 nəfər əlil  arabasında idman rəqsi ilə məşğul olur. Bundan əlavə, Azercell-in dəstəyi ilə iyun ayında Naftalan Qaşaltı otelində təlim-məşq toplantısı keçirilib və bir qrup paralimpiyaçı uşaq müalicə-müayinə olunub.

Prezident şimal-qərb bölgəsində

3 Avqust 2017 15:16

Prezident İlham Əliyev avqustun 3-də Balakən rayonuna səfər edib. Dövlət başçısı  ümummilli lideri Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, bu park həm rayon sakinlərinin, həm də qonaqların asudə vaxtlarını səmərəli keçirmək üçün üz tutduqları gözəl məkanlardan biridir. Burada istirahət üçün hər cür şərait yaradılıb. Rayona səfəri çərçivəsində Prezident İlham Əliyev Balakən Su Elektrik Stansiyasının açılışında da iştirak edib. Dövlət başçısına məlumat verilib ki, ildə 10 milyon kilovat-saat elektrik enerjisi istehsalı gücünə malik stansiya rayonun tələbatının 15 faizini, Balakən şəhərinin tələbatının isə 25-30 faizini ödəyəcək. Prezident Balakən Su Elektrik Stansiyasını işə salıb.

Azərbaycan Prezidenti Zaqatalada tütün emalı zavodunun fəaliyyəti ilə tanış olub 

3 Avqust 2017 15:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatalada “Azərtütün” MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış oldu. Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və “Azərtütün” MMC-nin idarə heyətinin sədri Fazil Rüstəmov dövlətimizin başçısına zavod barədə ətraflı məlumat verdilər.

Təyyarə çimərlikdə istirahət edən insanları əzdi

3 Avqust 2017 15:12

Portuqaliyanın paytaxtı Lissabon şəhərində təyyarə qəzası baş verib. Kiçik sərnişin təyyarəsi çimərlikdə qətliam törədib. İki sərnişini olan təyyarədəkilərin burnu qanamasa da, çimərlikdə günəş vannası qəbul edən iki nəfər həlak olub.

Bakıda insan alveri ilə məşğul olan qadın tutuldu

3 Avqust 2017 15:09

Bakıda qadınları fahişəliyə cəlb edən şəxs tutulub. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Cinayət Məcəlləsinin 243 (fahişəliyə cəlb etmə) və 244-cü (əxlaqsızlıq yuvaları təşkil etmə) maddələri ilə axtarışda olan 1976-cı il təvəllüdlü Səlifova Nazilə Salman qızını yaxalayıblar.

Məktəbdə cinayət: kompüterləri söküb oğurluq etdi

3 Avqust 2017 15:08

Bakıda orta məktəblərdən birində oğurluq hadisəsi baş verib. DİN xəbər verir ki, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da rayon ərazisindəki orta məktəblərdən birində 24 ədəd kompüterin prosessorunun platalarını sökərək oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakini olan bir yeniyetmə tutulub.

Rusiya suriyalı müxaliflərlə razılaşdı

3 Avqust 2017 15:00

Rusiyanın Müdafiə Nazirliyi Suriyanın Xüms şəhərində yeni bir gərginliyin qarşısını almaq üçün müxaliflərlə ortaq razılaşmaya gəldiklərini açıqlayıb. Bu barədə nazirliyin sözçüsü İqor Konaşenkov məlumat verib.

Aparıcının xəyanət etdiyi xanımı: "Zamana ehtiyacım var"

3 Avqust 2017 14:54

Yaxtada başqa bir qadınla öpüşərkən şəkli çəkilmiş aparıcı Murad Başoğlunun xanımı açıqlama verib. Aparıcıdan boşanacağı deyilən 14 illik həyat yoldaşıHande Bermek məsələ ilə bağlı ətraflı danışmaq istəmədiyini deyib: "Sadəcə, bir insan deyil, bir həyat yoldaşı, ən əsası bir ana olaraq başıma gələn bu sınaq müddətini sevgiylə qucaqlayaraq dəyərləndirirəm. Bu məsələyə cavab verməyim üçün zamana ehtiyacım var". 

İnəklər üçün nazirlik qurulacaq

3 Avqust 2017 14:48

Hindistan hökuməti ölkədə inəklər üçün xüsusi bir nazirlik qurulacağını açıqlayıb. Bu barədə Bharatiya Janata Partiyasının (BJP) sədri Amid Şah açıqlama verib. İqtidarda səlahiyyəti olan BJP sədri uzun müddətdir ki, inəklər üçün nazirliyin yaradılmasını istəyirdi. O, bu mövzuda çox sayda müraciət və tövsiyə məktubları aldığını deyib.

İldırım vurdu, ölümdən son anda qurtuldu - VİDEO

3 Avqust 2017 14:47

ABŞ-ın Florida ştatındakı hava limanlarından birində qorxulu anlar yaşanıb. İldırım əvvəlcə təyyarənin quyruğuna daha sonra təyyarənin yanında dayanan işçisinin üzərinə düşüb. İldrım vurmasının ardından yerə yıxılan Oustin Dan bir müddət huşsuz vəziyyətdə qalıb. İş yoldaşları tərəfindən xəstəxanaya yerləşdirilən Oustinin üçüncü dərəcəli yanıq xəsarətləri aldığı bildirilib. Həmin dəhşətli hadisə anbaan kameralara düşüb. 

Polisdən sosial şəbəkələrdə canlı yayım edənlərə XƏBƏRDARLIQ

3 Avqust 2017 14:41

Dövlət Yol Polisi (DYP) avtomobildə sükan arxasında canlı yayıma qoşulan "Instagram" və "Facebook" sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərinə xəbərdarlıq edib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov  bildirib ki, belə hərəkətlər inzibati xəta tərkibi yaradır və təhlükəlidir. "Ərazidə polisin olub-olmamasından asılı olmayaraq belə hərəkətlərə yol vermək təhlükəlidir. Sürücüləri bu cür hallara yol verməməyə çağırıram. Rusiyada tanınmış aparıcı xanımın canlı danışmaq cəhdi qəza ilə nəticələndi və o, həlak oldu.

Tarix yazmağa yeganə namizəd - Azərbaycan

3 Avqust 2017 14:40

Çempionlar Liqasının pley-off mərhələsində iştirak edəcək 20 komanda 20 müxtəlif ölkəni təmsil edir. Bu ölkələrdən 19-u əvvəllər də qrup mərhələsində mübarizə aparıb.  Pley-off mərhələsinin iştirakçıları arasında qrup görməyən yeganə ölkə Azərbaycandı. "Qarabağ"ın pley-offa yüksəlib, ölkəmiz üçün ilkə imza atmasından sonra ağdamlılar qrupun da bir addımlığındadı.