Rusiya suriyalı müxaliflərlə razılaşdı
Rusiyanın Müdafiə Nazirliyi Suriyanın Xüms şəhərində yeni bir gərginliyin qarşısını almaq üçün müxaliflərlə ortaq razılaşmaya gəldiklərini açıqlayıb. Bu barədə nazirliyin sözçüsü İqor Konaşenkov məlumat verib.
3 Avqust 2017 15:00 DünyaRusiyanın Müdafiə Nazirliyi Suriyanın Xüms şəhərində yeni bir gərginliyin qarşısını almaq üçün müxaliflərlə ortaq razılaşmaya gəldiklərini açıqlayıb. Bu barədə nazirliyin sözçüsü İqor Konaşenkov məlumat verib. O bildirib ki, Xümsün şimalında baş verə biləcək gərginliyin azaldılması üçün yerli vaxtla saat 12:00-dan etibarən atəşkəs elan ediləcək. Razılaşmaya görə, Xümsün şimalındakı xəstə və yaralılar ruslara aid hərbi xəstəxanada müalicə alacaq, qarşlığında isə müxalif dəstələr Xüms-Xama magistral yolundan geri çəkiləcək. Rus əsgərləri bölgəyə 4 avqustdan etibarən göndəriləcək. Publika.az