Gündəm
Bakıda ögey oğul atanın 2 milyonluq mülkünü satıb - Film kimi olay
Bir müddət öncə mühafizəçilərlə birlikdə marketdə qarşıdurma yaradan, market əməkdaşlarını zor gücünə çıxartmaq tapşırığı verməkdə ittiham edilən və bununla əlaqədar həbs edilən iş adamı Azadxan Xanməmmədovun əməllərindən daha bir şəxs şikayətçidir.
“Elə bil, bizi kimsə yatızdırdı...” – Mələyin öldürüldüyü evdən REPORTAJ
Xəbər verdiyimiz kimi, Lənkəranda 5 günlük körpə - Nuriyeva Mələk Şaiq qızı öldürülərək, quyuya atılıb. Darquba kəndində hadisə baş verən gecə, yəni iyulun 29-da evdə öldürülən körpənin atası Nuriyev Şaiq Muxtar oğlu, həyat yoldaşı Nuriyeva Valiyə İsfəndiyar qızı, körpənin nənəsi Nuriyeva Atifə və digər yaxın qohumları olublar.
Prezident İlham Əliyev Qaxda kənd sakininin fındıqçılıq təsərrüfatında yaradılan şəraitlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Lələpaşa kəndinin sakini Allahverdi Şirinovun fındıqçılıq təsərrüfatında yaradılan şəraitlə tanış olub. Dövlət başçısına təsərrüfat barədə ətraflı məlumat verildi. Bildirildi ki, 3,4 hektar sahədə salınan bağda 130 fındıq ağacı var. Böyük məhsuldarlığın gözlənildiyi təsərrüfatda bu il 2 tondan çox məhsulun yığılması planlaşdırılır.
Prezident İlham Əliyev Qaxda avtomobil yolunun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxdı.
Zaqatalada “Bəhmətli” elektrik yarımstansiyası istismara verilib
Bu gün Zaqatalada 110/35/10 kV-luq “Bəhmətli” elektrik yarımstansiyasının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yarımstansiyanın texniki göstəriciləri barədə məlumat verdi. Stansiyanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb. Bu yarımstansiya Zaqatala rayonunun elektrik təchizatının yaxşılaşdırılması, rayonun elektrik enerjisi verilişində yaranan fasilələrin qarşısının alınması məqsədi tikilib.
Azyaşlıları zorlayan pedofillər axtalansın..? - Cəmiyyətin təklifi, hüquqşünasın rəyi...
Son 10 gündə Azərbaycan cəmiyyəti azyaşlıların zorlanması, pedofil-manyakların yaxalanması xəbəri ilə silkələnir. Öncə Xırdalan şəhərində azyaşlı uşaqlara qarşı cinsi zorakılıqlar edən şəxs tutuldu. Ardınca xalq şairi Söhrab Tahirin oğlu, Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahirli Xətai rayonunda baş verən bir vəhşiliyi ictimailəşdirdi.
İtaliya gəmilərini vurmaq əmri verildi
İtaliya əsgərlərinin hava və dənizdən desant qoşunları göndərmək əmrinə Liviyadan cavab gəlib. Liviya hökuməti İtaliya donanmasına aid gəmilərin vurulması təlimatını verib. İtaliyanın insan qaçaqçılarıyla mübarizə və köç axınına nəzarət etmək üçün Liviya sularına yeritdiyi desantlar rəsmi Tripolinin hiddətinə səbəb olub. Prezident Paulo Gentiloni Liviya Milli Hökumətinin Nazirlik Şurasının İtaliyadan insan qaçaqçıları ilə mübarizə məqsədilə dənizdən yardım dəstəyi istədiyini açıqlamışdı.
Keçmiş nazirin qızı intihar etdi
Türkiyənin keçmiş Sənaye və Ticarət naziri Ayhan Çilingiroğlunun qızı intihar edib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Ayhan Çilingiroğlunun qızı beş ulduzlu bir otelin 19-cu mərtəbəsindən ataraq intihar edib. Ümit Makbule Çilingiroğlunun cəsədini görən otel işçiləri dərhal təcili yardıma və polisə xəbər veriblər. Psixoloji problemlerinin olduğu bildirilən Çilingiroğlunun intihar səbəbi araşdırılır.
Moskvadakı “erməni yuvası”nda mənzillənmiş Yevseyevin burnuna Qarabağdan müharibə iyi gəlir
Rusiyadakı MDB İnstitutunun direktor müavini, hərbi ekspert Vladimir Yevseyevin burnuna Qarabağdan müharibə iyi dəyir.
Gürcüstan hakimiyyətinin boz kardinalı: “ABŞ Saakaşvilidən ikinci Fətullah Gülən düzəltmək istəyir”
“Saakaşvilidən biz Gürcüstan modeli Gülən əldə edə bilərik, lakin Güləndən fərqli olaraq, o fəaldır və dəqiq sakitləşməyəcək”, - virtualaz.org “Qruziya-Onlayn” nəşrinə istinadən xəbər verir ki, bunu gürcüstanlı jurnalistlərə müsahibəsində Mixail Saakaşvilinin ABŞ vətəndaşlığı ala bilmə ehtimalını şərh edərkən Gürcüstan hakimiyyətinin boz kardinallarından biri Giya Xuxuaşvili deyib.
Müğənni Damla toy sahibini aldatdı: ""Beh"i alıb, toya gəlmədi"
Tanınmış müğənni Damla toy üçün ev sahibindən "beh" alıb, son anda toya gəlməyib. Bu haqda Masallı rayon sakini Elbrus Nurullayev məlumat verib. Onun dediyinə görə, oğlunun toyunu idarə etmək üçün Damlanın prodüserinə 600 AZN "beh" verib: "İyul ayının 27-də Masallı rayonun Qızılağac kəndində oğlumun toyu oldu. Toyu idarə etməyi müğənni Damlaya tapşırmaq qərarına gəldik. Onun prodüseri ilə danışıb 600 manat "beh" verdik. Ancaq toyun başlamasına bir neçə dəqiqə qalmış hər birimiz şoka düşdük. Müğənninin prodüseri dedi ki, toya gələ bilməyəcəyik".
"Çocuklar duymasın"a şok cəza
İstanbul Baş Prokurorluğu "Kanal D"də yayımlanan "Çocuklar duymasın" haqqında araşdırmalara başladıqdan sonra seriala daha bir zərbə də Türkiyə Radio və Televiziya (RTÜK) qurumundan gəlib.
Gürcüstana buraxılmayan alim: "Anlaşılmazlıq aradan qalxacaq"
Tanınmış tarixçi alim, Bakı Dövlət Universitetinin müəllimi, əslən Boçalıdan olan Kərəm Məmmədov bu günlərdə doğma yurduna buraxılmayıb. Onu Gürcüstan sərhədçiləri geriyə qaytarıblar. Məsələ ilə bağlı lent.az-a açıqlama verən tarixçi bildirib ki, iyulun 29-da ailə üzvləri ilə birlikdə Gürcüstana gedərkən gürcü sərhədçilər tərəfindən saxlanılıb və ailə üzvləri qonşu ölkəyə buraxılsa da, K.Məmmədova icazə verilməyib: "Mən Gürcüstan doğulub, 17 yaşıma qədər orada yaşamışam, təhsil almışam. Hər yay doğulduğum yerlərə gedirdim.
Avronun dəyər qazanması nə vəd edi?
Son vaxtlar milli valyutamız ABŞ dollarına qarşı möhkəmlənməkdə davam edir. Bu özlüyündə müsbət olsa da, amma ölkəmiz dünyada baş verən iqtisadi proseslərdən də kənarda qalmır. Belə ki, ABŞ dollarının özü də, avro qarşısında dəyər itirməkdədir. Son 2 ildə ilk dəfə olaraq dünya bazarında avronun dollara nisbətən məzənnəsi 1.18-dək yüksəlib. Yalnız bu ilin aprel ayından sonra avro ABŞ puluna nisbətən 11 faizə yaxın bahalaşıb. Bu gün rəsmi olaraq Azərbaycanda 1 avro 2,0149 manatdır.
Prezident İlham Əliyev “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Zaqatalada “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub. Dövlət başçısına müəssisə barədə məlumat verildi. Bildirildi ki, müəssisənin ümumi ərazisi 3 hektardır. Burada istehsalat bölməsi, anbar, ofis və digər infrastruktur obyektləri tikilib. Ərazidə suvarma məqsədləri üçün su tutumu 5 min kubmetr olan süni göl yaradılıb, damcı suvarma sistemi qurulub, kənd təsərrüfatı texnikaları alınıb, Türkiyədən bu sahədə təcrübəli aqronomlar dəvət edilib. Ərazidə 3 artezian quyusu qazılıb, qaz və elektrik xətləri çəkilib, müasir işıqlandırma sistemi qurulub və yaşıllıq zolaqları salınıb.














