Gündəm

Lapşinin ərizəsi Ədliyyə Nazirliyinə təqdim edildi

3 Avqust 2017 17:19

Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin ərizəsi Ədliyyə Nazirliyinə təqdim edilib. Bu barədə vəkil Eduard Çernin məlumat verib. Vəkil bildirib ki, Lapşin ərizəsində İsrailə təhvil verilməsini xahiş edib. E.Çernin deyib ki, Lapşin barəsində olan məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra onun təhvil verilməsi baş tuta bilər.

Rusiya dünya çempionatının ev sahibliyindən məhrum oluna bilər

3 Avqust 2017 17:18

Bir qrup amerikalı senator FİFA-ya müraciət edərək 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün obyektlərin tikintisindəki əmək şəraitinin araşdırılmasını istəyib.

La Liqa Neymarın transferinə icazə vermir

3 Avqust 2017 17:15

Neymar PSG-də 10 nömrəli formanı geyinəcək. Bu formanı hazırda daşıyan Xavyer Pastore əvvəlki kimi 27 nömrəni götürəcək. Argentinalı futbolçu "Palermo" və PSJ-dəki ilk illərində bu forma ilə çıxış edib.

Mbappe qərarını verdi

3 Avqust 2017 17:14

Ötən mövsüm göstərdiyi oyunla Avropa klublarının maraq dairəsinə düşən kilian Mbappekaryerasında yeni səhifə açmaq istəyir. 18 yaşlı futbolçu "Monako"dan getmək istədiyini rəhbərliyə deyib. O, yeni müqavilə imzalamaqdan imtina edib. "Moneqasklar" Mbappeni vergi və digər məsrəflər daxil olmaqla  216 milyon avro qarşılığında "Real"a satmağa ümid edir.

Müğənni 740 manat cərimələndi - 2 dəqiqəyə 300 manatlıq radar

3 Avqust 2017 17:13

Müğənni Səbinə Əsgərova 740 manat cərimələnib.  O, bu barədə Feysbuk hesabında məlumat verib.  Əsgərova bildirib ki, 1 ay ərzində yol hərəkəti qaydalarını pozduğu üçün ona 740 manat cərimə gəlib. O, həmçinin qeyd edib ki, 2 dəqiqə ərzində 2 dəfə 150 manatlıq radara düşüb. 

Müəllim əri ölən qadın həmkarına gecə elə mesajlar yazdı ki...

3 Avqust 2017 17:11

Türkiyənin Manisa şəhərinin Yunusemre mahalında 24 yaşlı orta məktəb müəllimi  Ö.A. haqqında qadın həmkarı 45 yaşlı A.S.U.-ya mobil telefonu ilə intim xarakterli mesajı yazdığı iddiası ilə istintaq başladılıb.

Prezident İlham Əliyev Qaxda Bayraq Muzeyinin açılışında iştirak edib

3 Avqust 2017 16:54

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qax rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib. Prezident İlham Əliyev Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev Qax rayonuna səfərə gəlib

3 Avqust 2017 16:51

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qax rayonuna səfərə gəlib. Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.

"Petkim" Türkiyənin 50 ən dəyərli şirkətindən biridir

3 Avqust 2017 16:44

Türkiyənin 50 ən iri şirkətinin adı açıqlanıb. Reytinq "Capital" nəşri tərəfindən tərtib olunub. "Petkim Petrokimya Holding A.Ş." reytinqin 39-cu pilləsində qərarlaşıb. Şirkətin dəyəri 4 mlrd. 532,591 mln. lirə dəyərində qiymətləndirilir. Reytinqin lideri dəyəri 34 mlrd. 854,851 mln. lirə təşkil edən "Tüpraş"dır. İkinci yerdə Avstriyanın OMV konserninin törəməsi olan "Petrol Ofisi" qərarlaşıb. Bir vaxtlar SOCAR-ın almaq istədiyi törəmə şirkət 30,8 mlrd. lirə dəyərində qiymətləndirilir.  

Görünməmiş qəza - Təyyarə iki nəfəri vurdu

3 Avqust 2017 16:42

Portuqaliyanın Kosta-de-Kaprika çimərliyində yüngülmühərrikli təyyarənin məcburi eniş etməsi faciə ilə nəticələnib. Eniş zamanı təyyarə çimərlikdə olan 56 yaşlı şəxs və onun 8 yaşlı qızını vurub. Hadisə nəticəsində onlar həlak olub.

Qəbul imtahanlarının nəticələrində müsbət dinamika var  

3 Avqust 2017 16:38

Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumata əsasən, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri məlum olub. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbəə görə, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 70.797 nəfər iştirak edib. İmtahanlarda iştirak edən abituriyentlərin qruplar üzrə sayı I ixtisas qrupu üzrə 28.007,II ixtisas qrupu üzrə 19.858, III ixtisas qrupu üzrə 18.099, IV ixtisas qrupu üzrə   4.833 nəfər olub.

Əlverişsiz hava şəraiti dəniz hədəfinə atışları ertələdi

3 Avqust 2017 16:37

“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən gəmilərin dəniz hədəfinə artilleriya atışları ehtiyat gününə keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə gör, bu barədə qərar müsabiqənin beynəlxalq hakimlər briqadası tərəfindən qəbul edilib. Avqustun 2-si Xəzər dənizində təyin edilmiş rayona gələn hakimlər briqadası və gəmi heyətləri əlverişsiz hidrometeoroloji səbəblərdən müsabiqənin keçirilməsi üçün hazırlanmış reyd avadanlıqlarının zədələndiyini aşkar ediblər. Bununla əlaqədar döyüş çalışmalarının yerinə yetirilməsi əvəzinə naviqasiya məşqlərinin keçirilməsi barədə kollegial qərar qəbul edilib.

Erməni lobbisi Azərbaycan informasiya məkanına necə sızır?

3 Avqust 2017 16:32

Son vaxtlar sosial şəbəkələrdə, o cümlədən “Turan TV”-nin efirində rusca etdiyi çıxışlarda özünü ABŞ-da yaşayan jurnalist və siyasi mühacir kimi təqdim etməklə hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirən Beydulla Manafovla bağlı sensasion faktlar üzə çıxıb.

Səhiyyə Nazirliyi: Bir ayda 61 nəfəri gün vurub

3 Avqust 2017 16:29

İyulun 1-dən avqustun 1-dək ölkə üzrə 61 nəfər günvurma ilə əlaqədar təcili tibbi yardıma müraciət edib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.  Nazirlik rəsmisi bildirib ki, müraciət edənlərdən 20 nəfəri xəstəxanaya yerləşdirilib. “Ölüm faktı yoxdur. Xəstəxanaya aparılanlar isə həmin gün müayinə olunaraq evə buraxılıblar”. 

Mərkəzi Bankın valyuta ehtiyatları il ərzində 20 faizdən çox artıb

3 Avqust 2017 16:26

2017-ci ilin iyul ayında Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 870,2 milyon dollar (21 faiz) artaraq 5033,1 milyon dollara çatıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir. Bir ay ərzində bankın valyuta ehtiyatları 69 milyon dollar (1,4 faiz), ilin əvvəlindən isə 1058,7 milyon dollar (26,6 faiz) artıb.