Gündəm
Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib
Təhsil naziri Mikayıl Cabbarovgündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2017-2018-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmr imzalayıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, əmrin imzalanmasında məqsəd gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qruplarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək olub. Əmrə əsasən tədrisin Azərbaycan və rus dillərində aparıldığı gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2017-2018-ci dərs ilinə aid tədris planları və tədris planlarına dair “Qeydlər” (1-5 nömrəli əlavələr) təsdiq edilib. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
Müsadirə edilmiş pirotexniki məhsulların talanması faktı üzrə cinayət işi başlanıb
Məhkəmə hökmü ilə dövlət nəfinə müsadirə olunmuş pirotexniki məmulatların mənimsənilməsi barədə Fövqəladə Hallar Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Goranboyda 56 yaşlı kişini cərəyan vuraraq öldürüb
Goranboy rayon sakinini elektrik cərəyanı vurub. Hadisə rayonun Nizami kəndində qeydə alınıb. Kən sakini, 1961-ci il təvəllüdlü Cəfərov Rasim Mobil oğlunu evində iş görən zaman elektrik cərəyanı vurub. Yaxınları onu Gəncəyə xəstəxanaya çatdırmaq istəsələr də, R. Cəfərov yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycan prezidenti: “Biz mesaj veririk və yol göstəririk ki, bütün müsəlman xalqları birləşsin”
“Bizim həmrəyliyimiz, milli müxtəlifliyimiz böyük sərvətimizdir. Təsadüfi deyil ki, keçən il Azərbaycanda “Multikulturalizm İli” elan edilib. Hesab edirəm ki, tarixdə ilk dəfə olaraq belə bir təşəbbüs Azərbaycanda irəli sürüldü”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Balakəndə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.
Prezident: “Özünüməşğulluq proqramı Azərbaycanda geniş vüsət almalıdır”
Azərbaycan prezidenti İlham Əliyev Balakəndə “ABAD Mərkəz”lə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı burada çıxış edib: “Mən yenidən Balakən rayonunda səfərdəyəm. Çox məmnunam ki, növbəti dəfə Balakənə səfər edirəm. Bu, mənim sayca beşinci səfərimdir. Bu, özlüyündə onu göstərir ki, Azərbaycan dövləti Balakən rayonunun inkişafına çox böyük diqqət göstərir. Bu diqqət və qayğı nəticəsində Balakən rayonunda işlər yaxşı gedir, rayon inkişaf edir, bir çox önəmli sosial, iqtisadi layihələr, biznes, infrastruktur layihələri icra edilir. Bir sözlə, Balakəndə hərtərəfli inkişaf təmin olunur və əlbəttə ki, gələcək illərdə bu inkişaf daha da sürətlə gedəcək.
Rusiyalıların 83,5%-i Putinin fəaliyyətini bəyənir
Rusiya prezidentinin fəaliyyəti ölkə əhalisinin 83,5%-i tərəfindən bəyənilir. Baş nazir Dmitri Medvedev haqqında eyni fikri rəyi soruşulanların yalnız 52,4%-i bölüşür.
Nazirlik sahibkarı cərimələdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanat aləminin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reyd keçirilib.
Energetik içkilərin bilmədiyimiz zərərləri - İnsanı öldürə bilər - VİDEO
İsti yay günlərində sərinləmək üçün daha çox energetik içkilərdən istifadə edirik. Lakin susuzluğu yatıran bu içkiyə 5-10 dəqiqə sonra orqanizmdə yenidən tələbat yaranır. Bu içkidən çox istifadə isə insanın ölümünə belə gətirib çıxara bilər.
Səfir: “İndoneziya Dağlıq Qarabağ məsələsində Azərbaycanı hər zaman dəstəkləyəcək”
“İndoneziya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir”. Bunu İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fenani deyib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin ilin sonunda İndoneziyaya səfəri gözlənilir: “Əslində səfər ilin əvvəli olmalı idi. Lakin Azərbaycanda keçirilən müəyyən tədbirlər səbəbi ilə səfər təxirə salındı. Ümid edirik ki, səfər baş tutacaq. İndoneziya Azərbaycanın dostu və qardaşıdır və bu münasibətlərin yüksəlişi üçün əlindən gələni edir”.
Avropada terakt törətmək üçün hazırlanan İŞİD-çilərin siyahısı tapıldı
İraqda Avropa ərazisində terror aktları törətməyə hazır olan İŞİD üzvlərinin siyahısı aşkar edilib. 173 terrorçunun siyahısında Avropa İttifaqı ölkələrinin də bir neçə vətəndaşı var. Siyahıya terrorçuların fotoları və doğulduqları yer haqqında məlumatlar əlavə olunub.
Atıcılıq üzrə Avropa çempionatında son gün - İsveç təmsilçisi qalib oldu
Bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının yarışlarının sonuncu günü start götürüb. Çempionatın 14-cü günündə 50 metr məsafəyə qaçan hədəfə atəşaçma üzrə yarışların qalibləri müəyyən olunub. Belə ki, atıcılıq üzrə Avropa çempionatının 50 metr məsafədən qarışıq hərəkətdə olan hədəfə atəşaçmada kişilər arasında fərdi yarışın son qalibi İsveç təmsilçisi olub. Emil Martinsson 395 xal toplayaraq qızıl medal qazanıb.Gümüş medala 392 xal toplayan rusiyalı Mixail Azarenko yiyələnib. Finlandiyalı Topi Hulkkonen isə 390 xalla ilk üçlüyü qapayıb.
Azərbaycana qarşı növbəti məkrli oyun
Adətən Azərbaycanda hər seçki ili yaxınlaşdıqca Qərbdən ölkəmizə qarşı təzyiqlər, daxili siyasətə müdaxilə, siyasi hakimiyyətə təsir cəhdləri müşahidə edilir. Hazırda da eyni situasiyanı sezməkdəyik. Yenə erməni lobbisinin maliyyə yardımı ilə fəaliyyət göstərən antiAzərbaycan şəbəkə aktiv fəaliyyətdədir. Özü də bu dəfə Azərbaycan əleyhinə yönələn fəaliyyət çoxşaxəli, çoxistiqamətlidir.
Rusiyalı tarixçi-alim ermənilərin iddiası əsasında İstintaq Komitəsinə çağırıldı
Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi alim Oleq Kuznetsov ermənilərin ona qarşı qaldırdığı iddia ilə bağlı İstintaq Komitəsinə çağırılıb. Bu barədə Oleq Kuznetsov məlumat verib.
ANAMA: Son bir ayda 517 ədəd partlamamış hərbi sursat aşkarlanıb
2017-cı ilin iyul ayı ərzində respublika ərazisində 517 ədəd Partlamamış Hərbi Sursat (PHS), 1 ədəd tank əleyhinə və 1 ədəd piyada əleyhinə mina (cəmi 519 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
Lənkəranda 6 günlük körpənin nənəsi tərəfindən öldürüldüyü məlum olub
Lənkəranda 6 günlük körpənin kim tərəfindən öldürüldüyü məlum olub. Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, hadisəni törətməkdə şübhəli bilinən körpənin nənəsi Atifə Nurullayeva saxlanılıb. O, polisə verdiyi ilkin ifadəsində nəvəsinin bədəninə iynə batıraraq onu öldürdüyünü və daha sonra meyitini quyuya atdığını etiraf edib. A. Nurullayeva bildirib ki, hadisəni törətməsinə səbəb yeni doğulan ikinci nəvəsinin də qız olması ilə bağlıdır.














