Gündəm
"Barselona"nın təklifi 120 milyona çatdı
"Barselona" "Liverpul"un futbolçusu Filipp Koutinyodan əl çəkmir. Kataloniyalılar braziliyalı yarımmüdafiəçini transfer etməkdə israrlıdılar. 100 milyon avroluq təklifi qəbul edilməyən "Barsa" rəhbərliyi qarşı tərəflə yenidən danışıqlara başlayıb. Onlar ingilislərə yeni təklif göndəriblər. La Liqa təmsilçisi keçidin baş tutması üçün 120 milyon avro xərcləməyə hazır olduğunu bildirib. Koutinyo karyerasını İspaniyada davam etdirməyə razı olsa da, "Liverpul" onu buraxmaq istəmir. "Mersisaydlılar" "Barselona"nın yeni təklifini hələ cavablandırmayıblar.
Kiberfırıldaqçılıqla mübarizə üzrə qlobal layihə potensial qurbanlara kömək edir
"Kasperski laboratoriyası", "McAfee", Avropol və Niderland polisi "No More Ransom" beynəlxalq təşəbbüsünün fəaliyyətinin ilk ilinin yekunlarını açıqlayaraq fırıldaqçı virus proqramlarla mübarizə üzrə layihənin zərərli proqram təminatlarının yoluxdurduğu 28 min qurğunu aşkarlamağa kömək etdiyini bəyan edib. Ödənişdə qənaət edilən pulun məbləği 8 milyon avro təşkil edib.
Elektron İmza istəyənlərin NƏZƏRİNƏ: bu ünvanlara müraciət edin
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığı genişləndirir. Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Güzəştli mənzil" sistemi haqqında Əsasnaməyə uyğun olaraq mənzillərin əldə edilməsi üçün "Elektron hökumət" portalında yerləşən "Güzəştli mənzil" sistemi vasitəsilə qeydiyyatdan keçmək, həmçinin güzəştlə mənzil əldə etmək hüququ təsdiq olunduqdan sonra şəxsi elektron kabinetə daxil olmaq və həmin sistem vasitəsi ilə mənzil seçmək gücləndirilmiş "Elektron imza" ilə mümkündür.
Qarşıdakı 40 il ərzində hamı kor olacaq
İngiltərənin məşhur "Lancet Global Health" jurnalında yayımlanan məqalə mediada geniş müzakirələrə səbəb olub. Yazıda gələcək 40 ildə insanların sürətlə görmə qabiliyyətini itirəcəyi iddia edilib.
Səmadan 2 milyon dollar töküldü
Cənubi Afrikada bir qrup silahlı şəxs pul daşıyan avtomobili təqib edərək kassaları oğurlayıb. Cinayətkarlar kassaları aça bilmədikləri üçün partlatmağa qərar veriblər. Partlayışın şiddətilə kassaların bəzi parçaları göyə qalxaraq ağacların budaqlarına ilişib. İçindəki pullar isə göydən yağış kimi səpələnib. Təxminən 2 milyon dollar pul oğurlayan oğrular daha sonra polis tərəfindən həbs ediliblər.
"Sevilya"nın müdafiəçisi İstanbuldan gəldi
"Fənərbağça"nın müdafiəçisi Simon Kyaer karyerasını İspaniyada davam etdirəcək. 28 yaşlı futbolçu "Sevilya" ilə anlaşıb. Tərəflər 4 illik müqaviləni imzalayıb. "Sarı-lacivərdlilər" danimarkalı müdafiəçinin keçidindən 12.5 milyon avro qazanacaq.
İran Ermənistanla yeni gömrük müqaviləsini ratifikasiya etdi
İran və Ermənistan arasında Gömrük Əməkdaşlıq müqaviləsi İran Parlamenti tərəfindən təsdiq edilib.
Futboçudan boşandı, müğənni ilə sevgili oldu
Asena Atalay müğənni Tan Taşçı ilə Bodrumda görüntülənib. Cütlüyün narahat halları diqqətdən qaçmayıb. Asenanın Instagram-dan da təqib etdiyi Tan Taşçının bir paylaşımının altına qırmızı ürək emojisi qoyması da yeni eşq dedi-qodularını artırıb.
Xəzərdə daha bir nəfər boğulub
Neftçalada bir nəfər dənizdə batıb. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.
Ermənistan və Gürcüstan Kürü zəhərləyir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayında növbəti monitorinq həyata keçirib.
Paytaxtın 3 rayonunda qaz olmayacaq
Sabah saat 10:00-dan işlər başa çatanadək “Qaz İxrac” İdarəsinin balansında olan diametri 700/500 mm-lik “Qaradağ-Digah-Hövsan” magistral qaz kəmərinin 27-ci km-də yeni çəkilmiş kəmərin mövcud şəbəkəyə birləşdirilməsi və cari təmir işləri ilə əlaqədar “Sulutəpə”, “Alatava” və “Təzə Qanlı Göl” Qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq.
Dövlət komitəsibdən qız atalarına ÇAĞIRIŞ: bir anlıq şəhvət hissinə QURBAN GEDƏN KÖRPƏLƏR
Bir il ərzində Azərbaycanda rəsmi qeydə alınmamış nikahdan 26 288 uşaq doğulub, onların 16696-ı kənd, 9592-i şəhərlərin payına düşür. 2015-ci ildə Azərbaycanda rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən 24038 uşaq dünyaya gətirilib. Onların 9411-i şəhər, 14627-i kənd yerlərində doğulub.
Peşə məktəbinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb
Peşə məktəbinin vəzifəli şəxsləri tərəfindən məktəbin pedaqoji və işçi heyətinə əsassız olaraq artıq əməkhaqqı ödənilməsi barədə Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Çağataydan yeni serialı ilə bağlı açıqlama
Aktyor Çağatay Ulusoyun çəkiləcəyi yeni serialla bağlı problemlər yaranıb. Ticarət mərkəzlərindən birində görünən aktyorun "İçerde"dən sonra saçının çoxaldığı diqqət çəkib. Serial haqda danışan Çağatay "Hələ dəqiqləşmiş bir layihə yoxdur" deyib.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi hekləndi: Bütün gizli məlumatlar üzə çıxdı
Beynəlxalq VikiLiks saytı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) aid “Kassa dairəsi 7” sənədləri çərçivəsində ifşalar etməyə davam edir. Sayt son olaraq MKİ-nin kompüterlərdəki kamera və mikrofonlara nəzarət edən “Dumbo” proqramı haqqında məlumatları yayımlayıb. Sözügedən proqram kompüterlərdəki mikrofon və kameraları izləyir, lazım olanda isə görüntüləri silərək dəlilləri yox edə bilir.














