Xəzərdə daha bir nəfər boğulub
Neftçalada bir nəfər dənizdə batıb. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.
3 Avqust 2017 18:29 SosialNeftçalada bir nəfər dənizdə batıb. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31