Gündəm

Məşhur göydələndə YANĞIN

4 Avqust 2017 08:16

 Dubayda yerləşən  və  dünyanın ən yüksək qülləsi olan 87 mərtəbəli Torch qülləsində yanğın qeydə alınıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, sosial mediada yanğınla bağlı paylaşılan görüntülərdən  bəlli olur ki,  alov bütünlüklə  göydələni əhatə edib. Dubay rəsmiləri yanğınla bağlı açıqlamalarında göydələndəki insanların uğurla evakuasiya edildiyini bildiriblər. Yanğının yaranma səbəbi bilinmir.

Əfqanıstanda TERROR

4 Avqust 2017 08:03

“iPhone 8” modelində “ağıllı” kamera quraşdırılacaq

3 Avqust 2017 20:03

Proqram tərtibatçısı Gelerme Rembo "iPhone 8" smartfonunun kamerası barədə yeni məlumatlar təqdim edib. 

Gözlər üçün zərərsiz kontakt linzaları yaradılıb

3 Avqust 2017 19:55

Almaniyanın Münhen Texniki Universitetinin alimlər qrupu donuz bağırsaqlarının selikli qişasından mukoprotidlər (mutsinlər) əsasında insan gözü üçün zərərsiz kontakt linzaları yaradıblar. 

Yeni alqoritm sayəsində smartfonun kamerası ilə peşəkar şəkillər çəkmək mümkün olacaq

3 Avqust 2017 19:49

Hər il smartfon istehsalçıları üçün kameranın işini təkmilləşdirmək müşkül məsələdir. Bu səbəbdən “Google” kimi nəhəng şirkətlər kompüter təliminin imkanlarından yararlanır. Sonuncu ilə Massaçusets Texnologiya İnstitutunun (“MIT”) birgə əməkdaşlığı nəticəsində qeyri-adi fotoredaktor yaradılıb. Bu fotoredaktorun köməyi ilə şəklin keyfiyyətini xeyli yaxşılaşdırmaq mümkündür, sanki şəkil peşəkar fotoqraf tərəfindən çəkilib.

“Windows 10” sistemində gözlərin köməyi ilə kompüteri idarə etmək mümkün olacaq

3 Avqust 2017 19:43

"Windows 10" əməliyyat sistemində tətbiq ediləcək "Eye Control" funksiyası onurğa sütunu xəstəliklərindən əziyyət çəkən istifadəçilərə kompüteri idarə etməyə kömək edəcək. "Windows Insiders" proqramının iştirakçıları artıq yeniliyi sınaqdan keçirə bilərlər. Yeni funksiya rəsmən bu ilin payızında "Windows 10 Creators Update" ilə birgə əlçatan olacaq.

Süni intellekt antiviruslar üçün görünməz viruslar yaradıb

3 Avqust 2017 19:39

"DEF CON" haker konfransında çıxış edən "Endgame" şirkətinin eksperti Hiram Anderson kompüter təlimi sistemi tərəfindən zərərverici proqram təminatının yaradılmasını nümayiş etdirib.

Sosial şəbəkələr insanlarda hansı fəsadlar yaradır?

3 Avqust 2017 19:34

Britaniyalı alimlərin yeni tədqiqatlarına əsasən, “Facebook” və “Twitter” kimi sosial şəbəkələr insanların qeyri-adekvat və narahat hislər keçirməsinə səbəb olur. Eksperiment çərçivəsində sorğuda iştirak edənlərin 50 faizi bildirib ki, onların həyatı bu xidmətlərdən istifadəyə başladıqdan sonra mənfiyə doğru dəyişib.

Açıqlandı: Qatıq hamilə qadınlara çox faydalıdlr

3 Avqust 2017 19:30

Qatıq hamilə qadınlara daha çox faydalıdlr. Mütəxəssislərin fikrincə bu məhsul hamiləlik müddətində bolca istifadə edilməlidir. Ümumiyyətlə qatıq qida məzmunu baxımından əhəmiyyətli zülal qaynaqlarından biridir. Həmçinin qatıqda ana bətnində inkişaf etməkdə olan dölün, sümük və diş köklərinin meydana gəlməsi, böyüməsi üçün lazım olan kalsium var. Xüsusilə hamiləliyin üçüncü ayında bədənin kalsiuma olan ehtiyacı artdığından lazımi kalsium almamış analar, sonrakı illərdə osteoporoz problemi ilə qarşılaşa bilərlər. Kalsium bədənin əzələ, ürək və sinir sistemi funksiyalarının yerinə yetirilməsində, qan laxtalanmasında və bəzi enzimatik fəaliyyətlərdə əhəmiyyətlidir.

Velosipeddə gündəlik gəzintilər infarkt risqini 50 faiz azaldır

3 Avqust 2017 19:25

Siz ofisdə işləyirsiniz? Hərəkətsiz həyat tərzi keçirməyə məcbursunuz? Hipodinamiya sizi çox gözlətməyəcək, o, insanı infarkta gətirib çıxarmağa qadirdir! Xoşbəxtlikdən, Britaniya alimləri ofis işçilərinin bu bəladan yaxa qurtarmasına kömək göstərməyin asan yolunu tapıblar. Onlar sadəcə avtomobillərdən velosipedlərə keçməyi təklif edilər.

Enerjini gücləndirməyə təsirli qidalar

3 Avqust 2017 19:20

Bir çoxları hesab edir ki, payız mövsümündə işgüzarlığa vaxt ayırmayan insanlar xroniki yorğunluqdan daha çox əziyyət çəkir. Bu da səbəbsiz deyil. Mövsümi dəyişikliklər və ya istirahətdən qayıdıb yenidən iş rejiminə alışmaq, stress və sair səbəblər insanı özünü yorğun hiss etməsinə səbəb olur.

“Skype”da texniki qüsurlar qeydə alınıb

3 Avqust 2017 19:14

“Skype” proqramının işində bu gün qüsurlar qeydə alınıb. Qüsurlarla əsasən Şimali Amerika və Avropadakı istifadəçilər üzləşib. Onlar ismarıclar göndərə bilmədiklərini və zəng xidmətindən istifadə edə bilmədiklərini deyiblər. “Microsoft” şirkəti şikayətlərə cavab olaraq, qüsurların qısa müddətdə aradan qaldırılacağını bildirib. Hazırda qüsurların baş vermə səbəbləri araşdırılır.

Ulduz axını olacaq

3 Avqust 2017 19:09

Avqustun 12-dən 13-nə keçən gecə növbəti ulduz axını baş verəcək. "Perseida" adlandırılan bu meteorit axını maksimal fəallığı ilə seçiləcək.

Dünyada korların sayı 3 dəfə arta bilər – XƏBƏRDARLIQ

3 Avqust 2017 19:04

Növbəti onilliklərdə dünyada korluqdan əziyyət çəkənlərin səviyyəsi indiki ilə müqayisədə 3 dəfə artacaq. 

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: "... şizofreniyanın başlanğıcıdır"

3 Avqust 2017 19:00

Son dövrlər insanlar qulaqcıqdan istifadənin baxımlısına çevriliblər desək, yəqin ki yanılmarıq. Hər gün küçədə, avtobusda, metroda, iş yerində qulaqlarına bu vasitəni taxmış, yüksək səslə musiqi dinləyən şəxslərlə qarşılaşırıq. Ən acınacaqlısı isə bu halın uşaqlar və yeniyetmələr arasında da geniş vüsət almasıdır. Qulaqcıqdan istifadə edən həmin şəxslər ətraf aləmdən təcrid olunmuş kimi görünür, gözlərindəki ifadə isə tamamilə donuq və qeyri-müəyyəndir. Bir anlıq adama elə gəlir ki, səninlə onlar arasında sanki bir uçurum var, ya da sən başqa aləmdə yaşayırsan, onlarınsa öz dünyası var. Üstəlik musiqiyə o qədər yüksək səs verirlər ki, ətrafdakılar da eşidir. Və adamım ağlına dərhal bir sual gəlir - "Bunun qulağı batmır belə yüksək səsdən?".