Velosipeddə gündəlik gəzintilər infarkt risqini 50 faiz azaldır
Siz ofisdə işləyirsiniz? Hərəkətsiz həyat tərzi keçirməyə məcbursunuz? Hipodinamiya sizi çox gözlətməyəcək, o, insanı infarkta gətirib çıxarmağa qadirdir! Xoşbəxtlikdən, Britaniya alimləri ofis işçilərinin bu bəladan yaxa qurtarmasına kömək göstərməyin asan yolunu tapıblar. Onlar sadəcə avtomobillərdən velosipedlərə keçməyi təklif edilər.
3 Avqust 2017 19:25 SosialSiz ofisdə işləyirsiniz? Hərəkətsiz həyat tərzi keçirməyə məcbursunuz? Hipodinamiya sizi çox gözlətməyəcək, o, insanı infarkta gətirib çıxarmağa qadirdir! Xoşbəxtlikdən, Britaniya alimləri ofis işçilərinin bu bəladan yaxa qurtarmasına kömək göstərməyin asan yolunu tapıblar. Onlar sadəcə avtomobillərdən velosipedlərə keçməyi təklif edilər.
10000 adamın iştirakı ilə aparılmış tədqiqatlar sübut edib ki, velosipeddə gündəlik gəzintilər infarkt xəstəliklərini 50 faiz azaldır. Belə nəticəyə nail olmaq üçün gün ərzində cəmi 6 km məsafə qət etmək yetər ki, bu da təxminən işə və evə gedilən yola bərabərdir. Velosiped sürmək tciklik yükdür, belə məşqlər ürək əzələsinin vəziyyətinə daha yaxşı təsir göstərir. Bundan başqa, velosiped gəzintiləri artıq çəki ilə mübarizədə səmərəlidir. Bir saat velosipeddə gəzmək 300 kilokalori sərf etməyə, hər gün yarım saatlıq gəzintilər isə azı 5 kq atmağa imkan verir.Velosiped sürmək - qadınların öz omba və sarğı formasını yaxşılaşdırması üçün ən yaxşı üsuldur. Bundan əlavə, velosiped sürmək qan dövranını yaxşılaşdırır və insanı müxtəlif durğunluq hallarından xilas edir.