Gündəm

General-mayor Elçin Quliyevlə mübahisə etdi – “MTN işi”

4 Avqust 2017 11:47

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovni Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

3 yaşlı uşağın boğazından çıxanlar - DƏHŞƏTLİ

4 Avqust 2017 11:45

3 yaşlı uşağın əməliyyat zamanı boğazından çıxanlar bütün dünya mediasını heyrətə salıb. Professor Melih Kaptanoğlu Türkiyədə apardığı əməliyyatlarda uşaqların nəfəs borusundan və ağ ciyərindən çıxan yad cisimlərin fotolarını paylaşıb. Əməliyyat etdiyi 700 xəstənin 500-ü azyaşlı uşaqlar olub:"Bu cür hallar ən çox ilk 3 yaşda müşahidə olunur. Bunun üçün evə quru meyvə və uşaqlara oyuncaq alarkən çox diqqətli olmaq lazımdır. Asanlıqla hissələrə ayrılan kiçik həcmli (küt, iti, halqavari) oyuncaqları uşaqlardan uzaq tutun. Ehtiyatsızlıq səbəbindən uşaqlar bunları udur və siz bunun fərqinə vardığınızda çox gec ola bilər".

Ərə getməyə hazırlaşan müğənninin sevgilisi AİLƏLİ ÇIXDI 

4 Avqust 2017 11:43

İllərdir sevgidən uzaq düşən və verdiyi bir müsahibədə "Artıq ailə qurmaq istəyirəm" deyən 42 yaşlı gözəl müğənni Ziynet Salinin həvəsi qursağında qalacaq kimi görünür. Bu yaxınlarda bir alış-veriş mərkəzində qaradərili oğlanla öpüşərkən görüntülənən xanım sənətçinin sevgilisinin Antony Marşall olduğu ortaya çıxıb. Ancaq Marşalla evlilik xəyalı quran Salinin sevgilisi evli çıxıb. Üstəlik, iki uşağı da var.

Putin 2018-ci ildə prezident seçkilərinə qatılıb-qatılmayacağı barədə: "Fikirləşərəm"

4 Avqust 2017 11:39

Rusiya prezidenti Vladimir Putin bildirib ki, növbəti prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi barədə hələ düşünəcək. Bu barədə Rusilya lideri Buryatiya və İrkutskda meşə yanğınlarının fəsadlarının aradan qaldırılmasına dair müşavirə zamanı videoyayıma qoşulan ölkə sakinlərindən birinin bununla bağlı xahişinə cavab olaraq bildirib. 

Sarkozi Qatar fondlarından pul almaqda ittiham olunur

4 Avqust 2017 11:37

Fransada prokurorluq Qatar fondlarından pul almaqda şübhəli bilinən sabiq prezident Nikola Sarkozi haqqında təhqiqata başlayıb. 62 yaşlı siyasətçi pul müqabilində 2022-ci il futbol üzrə dünya kubokunun ev sahibliyi hüququnun Qatara verilməsinə kömək edib. Bundan başqa, N.Sarkozi Fransanın "Veoliai" şirkətində pay sahibi olmaq istəyən "Qatari Diar" şirkətinə də yardımçı olub.

Almaniyada Azərbaycana həsr edilmiş Yay Festivalı keçirilib

4 Avqust 2017 11:34

Almaniyanın Kleinsassen şəhəri bu ilki ənənəvi yay festivalını Azərbaycan mövzusuna həsr edib. “OLAYLAR”-ın xəbərinə görə. "Nar və Odlar yurdu“ adı ilə keçən çoxşahəli mədəniyyət və incəsənət proqramı iyun ayından başlayaraq avqustun sonuna qədər davam edəcək.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti daxili yükdaşıma üçün geniş imkanlar yaradacaq

4 Avqust 2017 11:33

“Bu layihənin işə düşməsi beynəlxalq yük daşıma ilə bərabər daxili yük daşıma üçün də  geniş imkanlar yaradır”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri yap.org.az-a millət vəkili Aydın Hüseynov Prezident İlham Əliyevin   Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyəti, habelə buradakı kompleksinin tikintisinin sürətlənməsi ilə bağlı bu günlərdə imzaladığı sərəncama münasibət bildirərkən səsləndirib.

Azərbaycanda dini radikalizm və ekstremizmin sosial bazası yoxdur

4 Avqust 2017 11:31

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və “BP Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə dini radikalizmlə mübarizə ilə bağlı maarifləndirici xarakterli seminar-müşavirə keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə DQİDK sədrinin müavini Səyavuş Heydərov,  “BP Azərbaycan” şirkətinin vitse-prezidenti  Bəxtiyar Aslanbəyli və şirkətin əməkdaşları iştirak ediblər.

Türkiyə və Qətər ordusu birgə HƏRƏKƏTƏ KEÇİR

4 Avqust 2017 11:28

Türkiyə bu dəfə Qətərə hərbi yardım göstərmək məqsədilə dəniz donanması göndərib. İki ölkə birlikdə 6-7 avqust tarixlərində ortaq sınaqlar həyata keçirəcək. Bu barədə Qətərin Müdafiə Nazirliyindən məlumat verilib.

ABŞ Suriyada yeni təşkilat yaratdı

4 Avqust 2017 11:26

Amerika Birləşmiş Ştatları PYD terror təşkilatının üzvlərinin də iştirak etdiyi “Rakka Daxili Təhlükəsizlik Qüvvələri” adlı yeni təşkilat qurub. Bu təşkilat Suriyanın Rakka şəhərində daimi olaraq yerləşdiriləcək. İŞİD terror təşkilatına qarşı mübarizə məqsədilə qurulan koalisiya qüvvələrinin sözçüsü Rayn Dillon təşkilatın Rakka şəhərinin təhlükəsizliyi məqsədilə qurulduğunu bəyan edib.

“Nabat” İtaliyada

4 Avqust 2017 10:00

 İtaliyanın Ariano İrpino şəhərində 5-ci Ariano Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycanla bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Elmar Bağırov və İtaliya-Azərbaycan Ticarət Palatasının rəhbəri Manuela Traldi çıxış edərək iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr, ölkəmizin zəngin mədəni irsi, kino ənənələri, iqtisadi və turizm potensialı barədə məlumat veriblər. Sonra Azərbaycanın turizm potensialını əks etdirən videomateriallar göstərilib.

Polislərə silahlı hücum

4 Avqust 2017 09:56

Misirin cənubunda yerləşən  El-Uksur şəhərində xidmət edən polislər çüvhəli şəxslər tərəfindən  hədəf alındı. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki,  silahlı hücum  zamanı  iki  nəfər həlak olub. Misir Daxili İşlər Nazirliyinin rəsmilərinin  məlumatına görə, Esna mahalında xidmət edən  polis şübhəli avtomobili saxlamaq istəyib.

Keçmiş  prezidentin adı RÜŞVƏT QALMAQALINDA

4 Avqust 2017 09:41

 Fransanın sabiq prezidenti Nikolya Sarkozi FİFA-nın korrupsiya ilə bağlı aparılan istintaqına cəlb olunacaq. İstintaq Qətərin 2022-ci ildə dünya çempionatının keçirilməsi üçün müraciətinin qalib olması ilə bağlıdır. İstintaqı aparan təhqiqatçılar materiallarla tanış olarkən Fransanın sabiq prezidenti Nikolya Sarkozinin də müəyyən qarşılıq müqabilində bu işdə əli olduğundan şübhələniblər.