Gündəm
Ermənistan ordusunda yoluxucu xəstəliklər yayılıb
Çirkli su Ermənistan ordusunda yoluxucu xəstəliklərin yayılmasına səbəb olub. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın ərazisi Dağlıq Qarabağda yerləşən Ermənistan ordusunun ən böyük problemlərindən biri də əsgərlərin içməli su ilə təminatındakı acınacaqlı vəziyyətdir.
Azərbaycan-Türkiyə ittifaqı – Ermənistanın qorxulu röyası
İrəvan Bakı və Ankaraya qarşı alternativ sipər axtarır – mühüm gəlişmə; ABŞ-la Rusiya arasında sıxılmağa başlayan işğalçı ölkə çıxılmazda; Qərb paytaxtları Ermənistanın 2013-cü ildəki xəyanətini bağışlayacaqmı?; Ekspert: “İrəvan bilməlidir ki, torpaqların işğalı ona baha başa gələcək...”
İtaliyada 50 dərəcə isti qeydə alınıb
İtaliyanın cənubunda rekord istilər qeydə alınır. Məlumata görə, ötən gün Sardiniyada temperatur 50 dərəcəyə çatıb. Bundan başqa, Neapol şəhərində və ətraf bölgələrdə havanın hərarəti 49 dərəcə olub. Meteoroloqların proqnozlarına görə, yüksək temperatur İtaliyanın mərkəzi və şimal bölgələrində gözlənilir. Bu gün və sabah paytaxt Romada 42 dərəcə, Florensiyada 41 dərəcə isti proqnozlaşdırılıb.
"Qalatasaray" yeni transferini təqdim etdi
Türkiyənin "Qalatasaray" klubu Super Liqanın digər təmsilçisi "Osmanlıspor"da çıxış edən seneqallı yarımmüdafiəçi Badu Ndiayeni heyətinə qatdığını rəsmən açıqlayıb. "Sarı-qırmızılar" bu keçidə görə futbolçunun sabiq klubuna 7,5 milyon avro təzminat ödəyib. Seneqallı oyunçunun özü ilə də 4 illik müqavilə imzalanıb. Məlumatı klubun rəsmi saytı yayıb.
İyunda əhalinin əmanətləri artıb
Bu ilin iyul ayının 1-nə banklarda yerləşdirilən depozitlərin məbləği 16 mlrd. 687,2 mln. manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir. Hesabatdan məlum olur ki, iyun ayında ölkədə fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin məbləği yüksəlib. Belə ki, may ayı ilə müqayisədə iyunda banklardakı depozitlərin məbləği 35,9 mln. manat və ya 0,22% artıb.
İkinci Yupiter kəşf edilib
İngiltərə və ABŞ alimləri yeni planet kəşf edib. İngiltərənin Exeter Universiteti ilə ABŞ-ın Merilend Universitetinin mütəxəssislərinin birgə araşdırmaları nəticəsində maraqlı faktlar aşkarlanıb. Dünyadan təxminən 900 işıq ili uzaqda kəşf edilən Yupiter böyüklüyündəki "WASP-121b" adlı obyektin, Günəş sistemindəki planetlərə bənzədiyi bildirilib.
Qazaxıstanda azərbaycanlı qətlə yetirildi
Azərbaycanlı Qazaxıstanda güllələnərək qətlə yetirilib. Goranboyun Tatarlı kəndindən olan, bir neçə il bundan əvvəl Qazaxıstana köçüb orada yaşayan 1986-cı il təvəllüdlü Rüstəmov Ruslan Edilxan oğlu orada güllələnərək öldürülüb. Onun meyiti dəfn olunmaq üçün doğulduğu Tatarlı kəndində gətirilib.
Güləş üzrə dünya çempionatında gənc qızlar mübarizə aparır
Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir. 4-cü yarış günündə 48, 55, 63 və 72 kq çəki dərəcələrində gənc qızlar mübarizə aparır. Yarışda yığma komandamızın 2 üzvü iştirak edir.
Yığmamız Avropa çempionatına Sloveniyada və İtaliyada hazırlaşacaq
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatına hazırlığı davam etdirir. Faiq Qarayevin yetirmələri təlim-məşq toplanışının növbəti mərhələsini Sloveniyada keçəcək. Komandamız Maribor şəhərinə avqustun 4-də yollanacaq. Voleybolçularımız burada fiziki hazırlığı yekunlaşdırıb topla məşqlərə üstünlük verəcək. Millimizin Sloveniyada bir neçə yoxlama görüşü keçirməsi də planlaşdırılır.
Avtobusdakı qadının başında bitlər qaynaşır - ŞOK VİDEO
Avtobusdakı qadın görənləri dəhşətə gətirib. Avtosfer.az xəbər verir ki, Meksikada avtobusa minən qadının başında gəzən bitlər sərnişinləri şoka salıb. Gözlərinə inana bilməyən sərnişinlər həmin anları kameraya çəkib.
ŞOK KADRLAR: Eşşəklər Mercedes-i "oğurladı" - VİDEO
Cənubi Afrika - Zimbabve sərhədində polislər oğurlanmış lüks "Mercedes" markalı avtomobilin eşşəklər tərəfindən çaydan dartılaraq keçirildiyinin şahidi olublar. Polis vertolyotu səmadan eşşəklərin lüks avtomobili çəkərək Limpopo çayından keçirməyə çalışdığını görüblər. Polis qrupları "Mercedes" və eşşəkləri Musina qəsəbəsi yaxınlarında saxlayıblar. Məlum olub ki, cinayətkar şəbəkə avtomobili qaçırtmaq üçün eşşəklərdən istifadə edib. Polislər oğruları axtarır.
"Qaçqınkom" sədrinin nəvəsinin maşınının yandığı dəhşətli qəzada ölən iki şəxsin adı məlumdur- VİDEO
Bakının Heydər Əliyev prospektində dəhşətli qəzanın baş verdiyini xəbər vermişdik. Baş Nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” markalı maşın 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılıb.
Yaponiyanı "Noru" təhlükəsi gözləyir
Uzaq Şərqdə yeni tayfun təhlükəsi gözlənilir. “Noru” tayfunu Yaponiyanın cənubundakı Amami adasına yaxınlaşır. Hazırda aanın sahillərində dalğaların hündürlüyü 10 metrədək çatır.
Xəzərin adaları ilə bağlı maraqlı xəbər - 80 ildə İLK DƏFƏ
Azərbaycanın 80 illik elmi tədqiqat tarixində ilk dəfə olaraq, Xəzərin adalarında bioloji tədqiqatlar aparılacaq. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. E.Yusifov bildirib ki, elmi tədqiqatlar AMEA-nın Zoologiya və Neft və Qaz İnstitutları tərəfindən aparılacaq. Tədqiqatlar zamanı Bakı və Abşeron yarımadasının arxipelaq adalarının torpaq əmələ gəlmə prosesi, vulkanizm, fauna və florası öyrəniləcək.
Polis baş naziri məhkəməyə verdi
İsrail polisi baş nazir Bünyamin Netanyahunu məhkəməyə verib. Baş nazir vəzifədən sui-istifadə və rüşvət almaqda ittiham edilib. Polis məhkəmədən araşdırma əməliyyatları haqqında mətbuatda hər hansı bir xəbər getməməsini tələb edib. Tələbi nəzərə alan məhkəmə Netanyahu haqqında aparılan bütün araşdırmalarla bağlı xəbər yayımlanmasına qadağa qoyub. Netanyahu vəzifəsindən sui-istifadə iddialarını rədd edib və ölkədəki media qurumlarını liderlik etdiyi Likud Partiyası hökumətini devirməyə çalışmaqda günahlandırıb.














