"Qalatasaray" yeni transferini təqdim etdi

Türkiyənin "Qalatasaray" klubu Super Liqanın digər təmsilçisi "Osmanlıspor"da çıxış edən seneqallı yarımmüdafiəçi Badu Ndiayeni heyətinə qatdığını rəsmən açıqlayıb. "Sarı-qırmızılar" bu keçidə görə futbolçunun sabiq klubuna 7,5 milyon avro təzminat ödəyib. Seneqallı oyunçunun özü ilə də 4 illik müqavilə imzalanıb. Məlumatı klubun rəsmi saytı yayıb.

Ndiaye "Qalatasaray"da ilinə 2 milyon 750 min avro məvacib alacaq. O, komandasının Super Liqa və avrokubok oyunlarında qazanacağı hər xala görə də əlavə 5 min avro mükafat əldə edəcək. Sözləşmədə daha bir maraqlı məqam var. Belə ki, ehtiyac yaranarsa, 2019-cu ilin 15 iyunundan sonra 18 milyon avro qarşılığında müqaviləyə təktərəfli xitam verilməsi də mümkündür. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31