Gündəm

Metropoliten yenidənqurma işlərinə başlayır

4 Avqust 2017 13:15

Avqust ayından "Bakmil" stansiyasının yenidən qurulmasına başlanılacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Bakı Metropoliteni”nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Bakı metropoliteninin yeganə yerüstü stansiyası olan "Bakmil" açıq hava şəraitində uzunmüddətli istismar nəticəsində atmosfer mühitinin aqressiv təsirlərinə məruz qalıb. Bu səbəbdən stansiya platformasının möhkəmləndirilməsi, fasad üzlüyünün, divar və döşəmə örtüyünün yenilənməsi, qapı və pəncərələrinin dəyişdirilməsi zərurəti yaranıb. Təmir işlərinin aparıldığı müddət ərzində sərnişinlər stansiyadan istifadə edə biləcəklər. Stansiyanın xidmətindən istifadə edən sərnişinlərin təhlükəsizliyi və rahatlığını maksimum təmin etmək məqsədilə stansiyanın yenidən qurulması əvvəlcədən hazırlanmış tədbirlər planına uyğun yerinə yetiriləcək.

İctimaiyyət nümayəndələri ilə görüş keçirilib

4 Avqust 2017 13:14

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonda ideoloji işin səmərəliliyinin artırılması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı siyasətin təbliği ilə əlaqədar mühazirəçilər qrupunun Masallı rayonunun Qızılağac kəndində ictimaiyyət nümayəndələri ilə görüşü keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Masallı RİH başçısının müavini Aybəniz Qafarova ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətdən söhbət açıb.

Temperatur 40 dərəcəyə yüksələcək

4 Avqust 2017 13:11

Sabah Azərbaycanda havanın temperaturu 40 dərəcəyə yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, avqustun 5-də Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Zəif şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 9,1 faiz artıb

4 Avqust 2017 13:09

Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən sistemli islahatlar ölkəmizdə uğurlu iqtisadi şaxələndirmə şəraitində sosial-iqtisadi inkişaf proseslərinin davam etməsinə imkan verərək, respublikamızın müasir standartlara cavab verən sığorta-pensiya sistemində də müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. 

Nazirlikdə Bylock əməliyyatı

4 Avqust 2017 13:06

Türkiyə Elm, Sənaye və Texnologiya Nazirliyində FETÖ terror təşkilatına qarşı əməliyyat həyata keçirilib. “Olaylar” “Sözcü” – yə istinadən bildirir ki, nazirlikdə aparılan əməliyyat zamanı 59 nəfərin Byloock istifadəçisi olduğu məlum olub. Byloock istifadəçilər Ankara Təhlükəsizlik Qüvvələri tərəfindən həbs olunub.

Qanun pozuntularına görə 173 akt tərtib olundu

4 Avqust 2017 13:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. “Olaylar” – a daxil olan məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 173 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 41 müddətli “məcburi göstəriş” verilib.

Vidadi Muradov: “Cocuq Mərcanlı toxucuları “Azərxalça”da daimi iş yerləri ilə təmin olunacaqlar”

4 Avqust 2017 13:03

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvləri avqustun 3-də Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində sakinlərlə görüşmüşlər. Görüşdə Qarabağ xalçaçılığının müasir vəziyyəti, işğal olunmuş rayonların əhalisi arasında xalçaçılığın inkişaf perspektivləri, Cəbrayıl rayonunun xalçaçılıq ənənələri, Cocuq Mərcanlı kəndinin toxucularının “Azərxalça” ASC-nin Füzuli filialının fəaliyyətinə cəlb edilməsi və s. kimi məsələlər müzakirə olunub, əhalini maraqlandıran suallar cavablandırılıb.

Nobel mükafatçısı haqqında kitab

4 Avqust 2017 13:01

Kimya üzrə Nobel  mükafatıçısı məşhur türkiyəli alim, biyokimyagər və molekulyar bioloq Əziz Sancarın həyatı kitab olacaq. “Olaylar” “Habertürk”” – ə istindən bildirir ki, “KaraKarga Junior” nəşriyyatının “Dünyaya istiqamət verənlər” seriyasında nəşr olunan “Əziz Sancar” kitabını Selin Feldman qələmə alıb. Kitabdakı karikaturaların müəllifi Can Baytakdı. Təqdim olunan kitabda gənclərə Sancarın Nobel mükafatına qədərki həyat yolundan bəhs olunacaq.

İlham Əliyev: "AXC-Müsavat cütlüyü ölkəmizi məhvə aparırdı"

4 Avqust 2017 12:56

Ulu öndər Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra bütün sahələrdə Azərbaycan tənəzzüllə qarşılaşdı, iqtisadi, sənaye potensialımız yavaş-yavaş aşağı düşməyə başladı və nəticədə müstəqilliyimizin ərəfəsində ölkə iqtisadiyyatı və sənayesi, demək olar ki, çox ağır vəziyyətdə idi.

Prezident İlham Əliyev: "Ümumi iqtisadi inkişaf perspektivlərimizi yüksək qiymətləndirirəm"

4 Avqust 2017 12:54

Ümumi iqtisadi inkişaf perspektivlərimizi yüksək qiymətləndirirəm. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində giriş nitqində deyib.

Prezident İlham Əliyev: "Azərbaycan bölgələrinin inkişafı tarixi nailiyyətdir"

4 Avqust 2017 12:52

2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı tarixi nailiyyətdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində giriş nitqində deyib.

Erməni diplomatın etirafı — "Putin siyasəti tərk etsə, Ermənistan fəlakətə sürüklənəcək"

4 Avqust 2017 12:42

ABŞ Rusiya əleyhinə yeni sanksiyalar tətbiq etdikdən sonra Ermənistanın Rusiya və ABŞ arasında geosiyasi manevri daha da boşluğa düşüb. Bu barədə Ermənistanın xarici işlər nazirinin sabiq müavini, səfir Arman Navasardyan jurnalistlərə məlumat verib.

BMT: "Türkiyədəki suriyalılara hər ay pul veririk"

4 Avqust 2017 12:40

BMT-nin baş katibinin mətbuat xidməti Türkiyədəki suriyalı miqrantlarla bağlı açıqlama verib. "Ümumdünya Ərzaq Proqramı" Türkiyədəki 850 mindən çox suriyalı miqranta hər ay 120 türk lirəsi yardım etdiyini bildirib.

Neymar: "Ömrümdə ikinci dəfə atamın məsləhətinə əks getdim"

4 Avqust 2017 12:34

"PSJ"-nin yeni transferi Neymar 4 mövsüm şərəfini qoruduğu "Barselona" azarkeşləri ilə vidalaşıb. Braziliyalı ulduz sosial şəbəkə vasitəsilə Paris klubuna keçmək qərarına da aydınlıq gətirib. "Barselona"da oynamaq mənim uşaqlıq arzum olub. 21 yaşımda ambisiyalarla Kataloniyaya gəldim. İndiyə qədər klubdakı ilk günlərimi, kumirlərim Messi, Valdez, Xavi, İniesta, Puyol, Pike, Buskets və başqaları ilə bölüşdüyüm paltardəyişmə otağını xatırlayıram. Həyatımda rast gəldiyim ən güclü idmançı ilə birlikdə oynamaq şərəfinə layiq oldum. Əminəm ki, nə qədər sağam, beləsinə rast gəlməyəcəm.

Azərbaycanda havaların kəskin istiləşəcəyi barədə xəbərdarlıq edilib

4 Avqust 2017 12:32

Avqustun 10-dək Azərbaycanda havaların kəskin istiləşəcəyi ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında avqustun 05-dən birinci ongünlüyün sonunadək havanın maksimal temperaturunun 35-39°, bəzi günlərdə 41° isti olacağı gözlənilir.