Gündəm

Bu gün Fransa çempionatı başlayır

4 Avqust 2017 14:01

Bu gün Fransa liqasında 2017/18 mövsümünə start veriləcək. Mövsümün açılış oyununda son çempion "Monako" "Tuluza"nı qəbul edəcək. Turun digər görüşləri 5-6 avqust tarixlərində keçiriləcək.

"Qalatasaray" seneqallı yarımmüdafiəçi transfer edib

4 Avqust 2017 14:00

"Qalatasaray" daha bir futbolçunun transferini rəsmiləşdirib. İstanbul klubu həftəinin əvvəlində tibbi müayinədən keçirdiyi Badu Ndiaye ilə 4 illik müqavilə imzalayıb. Seneqallı yarımmüdafiəçinin transferi "Osmanlıspor"a 7.5 milyon avro qazandıracaq.

Ramiz Zeynalov Bakıdakı dəhşətli qəza barədə: "Məlumatım yoxdur"

4 Avqust 2017 13:57

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov ötən gecə paytaxtın Heydər Əliyev prospektində baş verən avtomobil qəzası hadisəsinə qısa münasibət bildirib. General R.Zeynalov ölkə.az-a açıqlamasında hazırda Bakıda olmadığını söyləyib: "Hazırda tədbirdəyəm, danışa bilmirəm. Ötən gün baş verən hadisə ilə əlaqədar da geniş məlumatım yoxdur. Çünki tədbirdə olmuşam. Hadisənin baş vermə səbəbləri Bakı şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırılır. Şübhəsiz ki, araşdırıldıqdan sonra məsələyə obyektiv qiymət veriləcək". 

Erməniləri məyus edən İran ayətullahı

4 Avqust 2017 13:56

Son vaxtlar cənub qonşumuzdan dövlət olaraq maraqlarımıza uyğun gələn açıqlamalar, bəyanatlara daha tez-tez rast gəlirik. Belə bir açıqlamalardan biri bu günlərdə İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyyid Həsən Amuli ərəfindən gəldi. Təbii ki, Tehrandan gələn bu açıqlama Ermənistanda normal qarşılanmadı. Sözügedən açıqlamada Ermənistanın işğalçılıq siyasəti ciddi şəkildə tənqid olunmaqla yanaşı, həm də Tehran-Bakı münasibətləri geniş şərh olunurdu.

Azəbaycan niyə hədəf seçilib?

4 Avqust 2017 13:53

Yenə ənənəvi mübarizə metoduna start verilib, hədəflər müəyyənləşdirilib. Hər zaman olduğu kimi bu dəfə də sözügedən “mübarizə”də hədəf və onu hədəfə alanlar dəyişməzdir. Hədəf Azərbaycandır. Onu hədəfə alan qüvvələr isə erməni lobbisi, onun maliyyə dəstəyi ilə fəaliyyət göstərən Qərbin, Avropanın bəzi təsisatları və Azərbaycana düşmən kəsilmiş radikal siyasi düşərgədir. Son illər bu sıraya Rusiyada Azərbaycan əleyhinə fəaliyyət göstərən, yaxud zamanında Kremlə bağlı olmuş, indi isə lazımsız əşya kimi kənara atılan fiqurlar da daxil olub. Amma əsas etibarilə hər zaman qeyd etdiyimiz üçlük Azərbaycana qarşı məkirli fəaliyyətləri ilə seçilib.

Rusiyada mədəndə QƏZA - Mədənçilər təxliyə edilib

4 Avqust 2017 13:48

Yakutiyada yerləşən mədənlərin birində su sızması baş verib. Mirnıy şəhərindəki mədəndə bu səbəbdən 150-yə yaxın adam təhlükədə qalıb. Hazırda bölgədə aparılan xilasetmə işləri nəticəsində mədənçilər təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Prezident barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair müşavirə keçirib

4 Avqust 2017 13:47

Artıq bir neçə ildir ki, ölkədə qeyri-neft sektorunun inkişafı prioritet sahələrdən birinə çevrilib. Bu istiqamətdə atılan addımlar, həyata keçirilən islahatlar qeyri-neft sektorunun inkişafında əsaslı irəliləyişə gətirib çıxarır. Qeyri-neft sektorunda mühüm istiqamətlərdən birini kənd təsərrüfatı təşkil etdiyindən bu sahənin inkişafı da dövlətin xüsusi diqqət mərkəzidədir.

84 həkim işə qəbul olundu

4 Avqust 2017 13:43

Səhiyyə Nazirliyi həkimlərin mərkəzləşdirilmiş işə qəbulu ilə bağlı keçirdiyi son müsabiqənin nəticəılərini açıqlayıb. Nazirlikdən “Olaylar”-a verilən məlumata görə, müsabiqənin nəticılərinə əsasən, 84 nəfər həkim işə qəbul edilib.

Məşhur dietoloq barəsində İSTİNTAQ

4 Avqust 2017 13:40

Türkiyəli ulduzları arıqladan məşhur dietoloq Şeyda Coşkun haqqında məhkəmə və inzibati qaydada əməliyyat başladılıb. “Olaylar” “Cumhuriyyet” - ə istinadən bildirir ki, Şeyda Coşkun haqqında Türkiyə Sağlamlıq Nazirliyinə çoxlu sayda şikayətlər daxil olub. Şikayətlərdə dietoloqun diplomu olmadan  fəaliyyət göstərməsi əsas götürülüb. Sağlamlıq Nazirliyindən dietoloqa dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o yenə də fəaliyyətini davam etdirirdi. Hazırda dietoloq barəsində istinaq öz işinə başlayıb.

Azərbaycan 100 min şüşədən artıq gürcü şərabı idxal edib

4 Avqust 2017 13:37

2017-ci ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana şərab ixracında artım qeydə alınıb. 

Ankarada ildırım adamları vurdu - Yaralılar var

4 Avqust 2017 13:35

Türkiyənin paytaxtı Ankarada ildırımla müşayiət olunan güclü yağış yağıb. Şəhərin mərkəzi parklarının birində ildırım vurması nəticəsində bir neçə nəfər yaralanıb. Yaralananlar arasında uşaqların da olduğu bildirilir. Güclü ildırım park ərazisində bir ağacın qırılmasına da səbəb olub.

ABŞ Fələstinə maddi yardımlarını dayandıracaq

4 Avqust 2017 13:34

ABŞ Senatının Xarici Münasibətlər Komitəsi ABŞ-ın Fələstinə etdiyi maddi yardımları təxirə salmağı nəzərdə tutan qanun layihəsini təsdiq edib. Layihə Fələstin rəhbərliyinin İsrail həbsxanalarındakı məhkumlara və İsrailin Təhlükəsizlik Qüvvələri tərəfindən öldürülənlərin ailələrinə verdiyi dəstək dayandırılana qədər Fələstinə maddi yardımların təxirə salınmasını ehtiva edir. Layihəyə keçən il Təl Əviv şəhərində bir fələstinli tərəfindən bıçaqlanaraq öldürülən 29 yaşlı amerikalı tələbə Taylor Forsun adı verilib.

“Dəniz Yılmaz yeni transferimizdi” - Klub prezidenti

4 Avqust 2017 13:32

"Bursaspor"un prezidenti Ali Ay Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz haqda fikirlərini bildirib. klub rəhbəri təcrübəli hücumçunun ünvanına təriflər yağdırıb. 

Akif Nağı : “NATO Ermənistanı nə üçün öz təlimlərinə cəlb edir?”

4 Avqust 2017 13:26

“İyulunun 30-da “Layiqli tərəfdaş-2017 ” adı altında Gürcüstannın Vaziana hərbi bazasında NATO təlimlərində Ermənistanın iştirak etdiyinə görə Azərbaycan tərəfi orada təmsil olunmadı. Bu təlimlərin keçirilməsi təbii bir hadisədir. Bizə də qəribə gəldi ki, niyə görə Ermənistan orada iştirak edir”. Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.