Gündəm
“Ermənistan yenidən kəskin antiRusiya mövqeyindədir”
“Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək” – İlham Əliyev
“Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək”. Bu fikirləri Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində ölkə başçısı İlham Əliyev bəyan edib. Prezident deyib ki, sosial infrastruktur yaradıldı, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikildi.
Rəsmi nigahsız evliliklərin fəsadları
Ötən il Azərbaycanda nikahdankənar 30 min uşaq doğulub. Azərbaycanda ötən il 6146 boşanma halı övladı olmayanların payına düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il boşananlardan 3399-nun bir, 3569-nun isə iki və daha çox övladı olub. Boşanma nəticəsində valideynlərindən biri ilə qalan uşaqların sayı 11295 olub. Hər 100 boşanmaya düşən uşaqların sayı 162 nəfərdir. Bu rəqəmlər artıq ciddi narahatlıq doğurur. Bəs görəsən niyə nikahdankənar doğulan uşaqların sayı getdikcə artır? Niyə ailə quran gənclərimiz nikah bağlamağa meylli deyillər? Burada ən çox kimin məsuliyyətsizliyi var? Tərəflərin özününmü, valideynlərininmi, yoxsa aidiyyəti qurumlarınmı? Problemi necə həll etmək olar? Ümumiyyətlə, təkcə maarifləndirmə işi kifayətdirmi, yoxsa başqa tədbirlər də görülməlidirmi?
“Təşəbbüslər əks effekt yaradır” – Politoloq Ukrayna-ABŞ münasibətlərini şərh edir
“Ukraynanın ABŞ-la əlaqələri intensivləşdirmək təşəbbüsləri əks effekt yaradır”. Bu fikri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. “Ağ Ev Ukraynanın indiki hakimiyyətini seçkiqabağı dövrdə demokratlara kömək etməkdə ittiham etdi” deyən politoloq vurğulayıb ki, ABŞ Dövlət Departamenti Minsk danışıqlarını tam dəstəklədiyini bildirdi: “ABŞ Dövlət katibi Reks Tillerson Ukrayna üzrə xüsusi nümayəndənin təyin edilməsini RF-nin təklifi üzrə edildiyini bildirdi. Kurt Volker ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi təyin edildi. Bu faktiki Surkov-Nuland formatının davam etdiriləcəyinə vacib işarədir”.
Mübariz Əhmədoğlu: “Trampın RF-ni şər oxuna qoşması Putini cavab reaksiyasına təhrik etdi”
“Trampın RF-i şər oxuna qoşması Putini cavab reaksiyasına təhrik etdi. Bu fikri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. Politoloq bildirib ki, ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşü nəhayət ki, baş tutdu və bu D.Tramp üçün prezidentliyi dövründə ən uzun müddətli görüş idi: “İki prezident arasında əlaqənin digər vacib məqamı Hamburqda ikinci dəfə görüşmələridir. İkinci görüş də təxminən bir saatdan çox çəkdi. İki saatdan çox çəkən birinci görüşə nisbətən ikinci görüş az davam etsə də ikinci görüş də D.Trampın digər rəsmi görüşləri ilə müqayisədə ən azı iki dəfə uzundur. D.Trampın bütün rəsmi görüşləri cəmi yarım saat çəkir”.
İspaniyada avtobus aşıb - 25 yaralı
İspaniyanın mərkəzində yerləşən Valdelenyas şəhərində sərnişin avtobusu qəzaya uğrayıb. Avtobusun aşması nəticəsində 25 nəfər xəsarət alıb. Sərnişinlər və avtobus sürücüsü xəstəxanalara yerləşdirilib. Qəzanın baş vermə səbəbləri məlum deyil. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
Vulkan 7 mindən çox insanı evsiz qoydu
İndoneziyada 400 ildir passiv olan vulkan oyanıb. İndoneziyanın Sumatra adasının şımalında yerləşən vulkanın püskürməsi nəticəsində 7 mindən çox insan ərazidən uzaqlaşdırılıb. 4 kilometrdən çox hündürlüyə yayılan tüstü və kül buludu ətrafda dəhşətli mənzərə yaradıb.
Beynəlxalq turnirin qalibləri bəlli olub
Paytaxt məktəblisi Bakıda keçirilən beynəlxalq şahmat turnirinin qalibi olub. “OLAYLAR”-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 269 nömrəli tam orta məktəbin VI sinif şagirdi Xəzər Babazadə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş yarışda I yerə layiq görülüb. Xəzər Babazadə İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışda 8,5 xal toplayıb. Turnirdə Bakı şəhərindəki 6 nömrəli məktəb-liseyin VII sinif şagirdi Toğrul Əliyev 7,5 xalla II, Naxçıvan məktəblisi Seyid Hüseyn 7 xalla III yeri tutub. Yarışın sonunda Xəzər Babazadəyə kubok və medal, digər 2 şahmatçıya medal təqdim olunub. Turnirdə Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 3 qrup üzrə 8-12 yaş arasında 74 şahmatçı iştirak edib.
“Üzən minaya artilleriya atışı” icra olunacaq
Dəniz kuboku - 2017” müsabiqəsi çərçivəsində “Hava hədəfinə artilleriya atışı” üzrə 2-ci epizod icra edilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, yarışlarda iştirak edən Rusiyanın “Qrad Sviyajsk” kiçik raket gəmisi və İranın “Cövşən” raket kateri hava hədəflərini məhv edərək tapşırığı yerinə yetiriblər.
Naziri Daxili İşlər Nazirliyinin polkovniki oğurlatdırıbmış - Dağıstanda
Dağıstanda tikinti, memarlıq və mənzil-kommunal təsərrüfatı naziri İbrahim Kazibekovun oğurlanmasını təşkil edənə ittiham irəli sürülüb. Rəsmi məlumatlara görə, 57 yaşlı Mahaçqala sakini - polis polkovniki, Mahaçqalanın Lenin rayonunun DİŞ-nin keçmiş əməkdaşı - həbs edildiyi an Dağıstan hökumətinin inzibati binasının mühafizə idarəsinin rəisi imiş.
7 amerikalı tələbə Azərbaycan dilini öyrəndi
Avqustun 4-də Dillər Universitetində universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan “CLS Azerbaijani” Proqramının bağlanış mərasimi keçirilib. Universitetedən “Olaylar” – a bildirilib ki, bağlanış mərasimində ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşı Rey Neyler, Amerika konsulluğunun Azərbaycan üzrə direktoru Codi Blakenşip, tələbələrə Azərbaycan dilini tədris edən müəllimlər, dil həmkarları, eyni zamanda amerikalı tələbələr iştirak edib. Azərbaycan dilini öyrənmiş amerikalı tələbələrin bu işin öhdəsindən yüksək bacarıqla gəldiklərini deyən J.Qəribova proqram çərçivəsində 7 amerikalı tələbənin 8 həftə müddətində Azərbaycan xalqının mədəniyyəti, dili və tarixi ilə daha yaxından tanış olduqlarını söyləyib. Tələbələrdə bu dili öyrənməyə böyük maraq gördüyünü deyən J.Qəribova ənənəyə sadiq qalaraq əlaqələrin davam edəcəyinə ümid etdiyini vurğulayıb.
Rusiya Amerikaya qarşı Türkiyədən istifadə edəcək
Amerika Birləşmiş Ştatları qəbul etdiyi sanksiyalarla Moskvanın boru xətti inşaatlarına təsir etməyi düşünmür. Lakin Rusiyanı hədəfləyən bu sanksiyalar birbaşa da olmasa, dolayı yolla bu xətlərin xərclərinə təsir edə bilər.
"Əxlaq dəyərlərinin qorunması baxımından Azərbaycanda yeganə yer Naxçıvandı"
Son günlərdə media manşetinə çevrilən baş vermiş təcavüz hadisəsinin bu qədər rekord yığmaq və öz izlənmə sayını artırmaq üçün müxtəlif saytlar tərəfindən iyrəncliklə yararlanması qəzəb doğurucu haldır. Bəs deyilmiş kimi ,natamam, əsassız məlumatlarla tələm-tələsik yayımlanmış yazılarda bu hadisə sanki Naxçıvan elinə, naxçıvanlılara xas bir davranırmış kimi qabardılır. Unutmamalıyıq ki, biz hamımız bir cəmiyyətin fərdləriyik və hər kəs yaxşı, hər kəs pis olacaq deyə bir şərt yoxdur. Necə deyərlər, hər yerin pisi də var, yaxşısı da.
"Naxçıvanda 4 yaşlı qızı zorlayan gəncin ailəsi köçüb getməli olacaq" - MÜSAHİBƏ
Özünü MTN polkovniki kimi təqdim edən qadının məhkəməsi yekunlaşdı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova vəİlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə istintaqı yekunlaşıb. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib.














