Beynəlxalq turnirin qalibləri bəlli olub

Paytaxt məktəblisi Bakıda keçirilən beynəlxalq şahmat turnirinin qalibi olub. “OLAYLAR”-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 269 nömrəli tam orta məktəbin VI sinif şagirdi Xəzər Babazadə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş yarışda I yerə layiq görülüb. Xəzər Babazadə İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışda 8,5 xal toplayıb. Turnirdə Bakı şəhərindəki 6 nömrəli məktəb-liseyin VII sinif şagirdi Toğrul Əliyev 7,5 xalla II, Naxçıvan məktəblisi Seyid Hüseyn 7 xalla III yeri tutub. Yarışın sonunda Xəzər Babazadəyə kubok və medal, digər 2 şahmatçıya medal təqdim olunub.  Turnirdə Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 3 qrup üzrə 8-12 yaş arasında 74 şahmatçı iştirak edib.

Paytaxt məktəblisi Bakıda keçirilən beynəlxalq şahmat turnirinin qalibi olub. "OLAYLAR"-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 269 nömrəli tam orta məktəbin VI sinif şagirdi Xəzər Babazadə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş yarışda I yerə layiq görülüb. Xəzər Babazadə İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışda 8,5 xal toplayıb. Turnirdə Bakı şəhərindəki 6 nömrəli məktəb-liseyin VII sinif şagirdi Toğrul Əliyev 7,5 xalla II, Naxçıvan məktəblisi Seyid Hüseyn 7 xalla III yeri tutub. Yarışın sonunda Xəzər Babazadəyə kubok və medal, digər 2 şahmatçıya medal təqdim olunub.  Turnirdə Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 3 qrup üzrə 8-12 yaş arasında 74 şahmatçı iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31