Mübariz Əhmədoğlu: “Trampın RF-ni şər oxuna qoşması Putini cavab reaksiyasına təhrik etdi”
“Trampın RF-i şər oxuna qoşması Putini cavab reaksiyasına təhrik etdi. Bu fikri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. Politoloq bildirib ki, ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşü nəhayət ki, baş tutdu və bu D.Tramp üçün prezidentliyi dövründə ən uzun müddətli görüş idi: “İki prezident arasında əlaqənin digər vacib məqamı Hamburqda ikinci dəfə görüşmələridir. İkinci görüş də təxminən bir saatdan çox çəkdi. İki saatdan çox çəkən birinci görüşə nisbətən ikinci görüş az davam etsə də ikinci görüş də D.Trampın digər rəsmi görüşləri ilə müqayisədə ən azı iki dəfə uzundur. D.Trampın bütün rəsmi görüşləri cəmi yarım saat çəkir”.
4 Avqust 2017 14:40 Siyasət"Trampın RF-i şər oxuna qoşması Putini cavab reaksiyasına təhrik etdi. Bu fikri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. Politoloq bildirib ki, ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşü nəhayət ki, baş tutdu və bu D.Tramp üçün prezidentliyi dövründə ən uzun müddətli görüş idi: "İki prezident arasında əlaqənin digər vacib məqamı Hamburqda ikinci dəfə görüşmələridir. İkinci görüş də təxminən bir saatdan çox çəkdi. İki saatdan çox çəkən birinci görüşə nisbətən ikinci görüş az davam etsə də ikinci görüş də D.Trampın digər rəsmi görüşləri ilə müqayisədə ən azı iki dəfə uzundur. D.Trampın bütün rəsmi görüşləri cəmi yarım saat çəkir".
Mərkəz sədri deyib ki, D.Trampla V.Putinin görüşü ABŞ-da ictimai-siyasi mühiti daha da aktivləşdirdi: "ABŞ siyasiləri prezidentlərin birinci rəsmi görüşü barədə müxtəlif antiTramp fikirlər səsləndirməsi fonunda mətbuat D.Trampın Hamburqda qeyri-formal şəraitdə V.Putinlə ikinci dəfə görüşü barədə məlumat yaydı. Bəlli oldu ki, görüşdə Amerika tərəfindən hətta tərcüməçi də iştirak etməyib, tərcüməçilik edən də rusiyalı imiş".
Politoloq mövzunu şərh edərkən vurğulayıb ki, ABŞ tərəfindən mətbuata sızdırılan məlumata görə guya Tramp V.Putinə səsini qaldırıb, iki saat yarımlıq vaxtın təkcə 45 dəqiqəsi RF-nin ABŞ-dakı seçki proseslərinə qarışmasına həsr olunub. Tramp bu mövzuda iki dəfə V.Putinə təzyiq edib və istədiyini alıb.
Ekspert daha sonra deyib ki, V. Putin Hamburqdan öz ölkəsinə qayıdarkən təyyarəsi 500 km məsafə qət edərək NATO ölkələrinin səmasına daxil olmaqdan yayındı: "Bu, Putinin Trampla keçirdiyi görüşə verdiyi strateji qiymət idi. Görüşün nəticəsinə etibar etsəydi təyyarəsinə ABŞ-ın əmri ilə idarə olunan NATO ölkələrinin hücum edəcəyindən şübhələnməzdi".
KİV nümayəndələrinin diqqətini prezidentlərin görüşündən az keçmiş hər iki tərəfin bir-birinə qarşı sərt ritorikadan istifadə etdiyi ana yönəldən politoloq deyib ki, Sergey Lavrov az qala ABŞ-ı oğru adlandırdı.
Mərkəz sədri daha sonra deyib: "ABŞ konqresi və senatı RF, İran və KXDR-ə qarşı sanksiyaları təsdiqlədi. Rusiya bu sanksiyalara cavab vermək məcburiyyətindədir. Əvvəlki sanksiyalar təkbaşına Rusiyaya qarşı tətbiq olunmuşdu. İndi Rusiya ABŞ-da KXDR və İranla bərabər tutulur. Vaxtilə ABŞ-da şər oxu üçlüyü mövcud idi. İndi burada İraqı Rusiya əvəzləyir. RF ABŞ sanksiyalarına qarşı güzgü cavabı verdi. 750 ABŞ diplomatı RF-i tərk etməlidir. ABŞ-da və RF-də bərabər sayda (455) diplomat fəaliyyət göstərməlidir. RF Moskva şəhərinin mərkəzində ABŞ səfirliyinə məxsus mülkiyyəti ondan aldı və diplomatlardan qısa müddət ərzində oranı tərk etməyi tələb etdi. RF prezidenti V.Putinin fikrincə, ABŞ-la Rusiya arasında münasibətlərin normallaşması yaxın vaxtlarda baş verməyəcəkdir. Yeri gəlmişkən ABŞ Rusiyaya qarşı daha əlavə sanksiyalar üzərində düşünür. Konqresi İran və KXDR-lə yanaşı Rusiyanın da adını yeni sanksiyalar siyahısına qoşdu.
Pentaqon Rusiyanı ABŞ üçün ən təhlükəli dövlət elan etdi. Bəlli parametrlərlə yanaşı iki parametri də təqdim etdi. Birincisi, RF nüvə dövlətidir. İkincisi, RF kiber hücumlar təşkil etmək imkanına malik olan dövlətdir.
RF ABŞ-dan THAAD RƏMS-ləri öz sərhədlərinə yaxın ərazilərdən yığışdırmağı tələb etdi.
ABŞ-la Rusiya arasında KXDR məsələsi üzrə fikir ayrılığı qalır. RF Müdafiə Nazirliyi KXDR-ın növbəti raket sınağını RF üçün təhlükə yaratmadığını bildirdi. ABŞ KXDR-i qitələr arası ballistik raket sınağından narahatdır və bunun məsuliyyətini RF-lə ÇXR-in üzərinə qoydu. RF KXDR-ə humanitar yardım adı ilə 800 ton un göndərdi". Azadinform.az