“Təşəbbüslər əks effekt yaradır” – Politoloq Ukrayna-ABŞ münasibətlərini şərh edir
“Ukraynanın ABŞ-la əlaqələri intensivləşdirmək təşəbbüsləri əks effekt yaradır”. Bu fikri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. “Ağ Ev Ukraynanın indiki hakimiyyətini seçkiqabağı dövrdə demokratlara kömək etməkdə ittiham etdi” deyən politoloq vurğulayıb ki, ABŞ Dövlət Departamenti Minsk danışıqlarını tam dəstəklədiyini bildirdi: “ABŞ Dövlət katibi Reks Tillerson Ukrayna üzrə xüsusi nümayəndənin təyin edilməsini RF-nin təklifi üzrə edildiyini bildirdi. Kurt Volker ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi təyin edildi. Bu faktiki Surkov-Nuland formatının davam etdiriləcəyinə vacib işarədir”.
4 Avqust 2017 14:42 Siyasət"Ukraynanın ABŞ-la əlaqələri intensivləşdirmək təşəbbüsləri əks effekt yaradır". Bu fikri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. "Ağ Ev Ukraynanın indiki hakimiyyətini seçkiqabağı dövrdə demokratlara kömək etməkdə ittiham etdi" deyən politoloq vurğulayıb ki, ABŞ Dövlət Departamenti Minsk danışıqlarını tam dəstəklədiyini bildirdi: "ABŞ Dövlət katibi Reks Tillerson Ukrayna üzrə xüsusi nümayəndənin təyin edilməsini RF-nin təklifi üzrə edildiyini bildirdi. Kurt Volker ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi təyin edildi. Bu faktiki Surkov-Nuland formatının davam etdiriləcəyinə vacib işarədir".
ABŞ Dövlət Katibi R. Tillersonun Kiyevə səfərini və prezident P.Poroşenko ilə görüşünü xatırladan politoloq belə bir fikir səsləndirib ki, iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi razılaşdırıldı: "ABŞ 1 tonu 113 dollar olmaqla ilin sonunadək Ukraynaya 700 min ton daş kömür satmaq barədə qərar qəbul etdi. Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri A. Merkel, Fransa prezidenti E. Makron və Ukrayna prezidenti P. Poroşenko saat yarımlıq telefon danışığı zamanı Donbasdakı vəziyyəti müzakirə etdilər".
Mərkəz sədri hadisələri analiz edərkən maraqlı məqamlara toxunub: "Separatçı Donetsk Xalq Respublikasının başçısı A.Zaxarçenko Malorossiya dövlətinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Malorossiya Ukraynanın ruslar tərəfindən verilmiş tarixi adıdır. Bununla da Donbas bütün Ukraynanın ərazisinə iddia etdiyini ortalığa qoydu. "Malorossiya" terminin "Novorossiya" termininin sıradan çıxmasından sonra dövriyyəyə buraxılmasını vacib geosiyasi mesajı var. "Novorossiya" termini ilə RF Ukraynanın bir qisminə-şərqinə iddia etdiyini bildirdiyi halda "Malorossiya" termini ilə RF bütövlükdə Ukraynanın ərazisinə iddia etdiyini bildirir. RF-in ATƏT-dəki nümayəndəsi A.Lukaşeviç rəsmi Moskvanın Malorossiyadan xəbərsiz olduğunu bildirdi. RF prezidenti V.Putinin köməkçisi V.Surkov isə Malorossiyanı təsəvvür olunan dövlət adlandırdı və bununla da Donbasın Ukraynanın parçalanması uğrunda deyil, bütövlüyü uğrunda vuruşduğunu göstərdiyini bildirdi. Bununla yanaşı V.Surkov Malorossiya ideyasını "hayp" başqa sözlə, blef proyekt adlandırdı. Ukrayna XİN Malorossiyanı Rusiyanın Abxaziya siyasəti ilə müqayisə etdi.
Polşanın xarici işlər naziri V.Vaşikovski Bandera mədəniyyətli Ukraynanın Avropaya daxil ola bilməyəcəyini bəyan etdi. Buna görə Ukrayna XİN Polşa səfiri Yan Peklonu dəvət etdi və nazirin bəyanatından məyusluğunu bildirdi". Azadinform.az