Gündəm

“AZƏRKİTAB” beynəlxalq layihəyə imza atdı

4 Avqust 2017 15:50

“AZƏRKİTAB” Kitab Təbliğatı Mərkəzi beynəlxalq layihələrə imza atır. AZƏRKİTAB” Kitab Təbliğatı Mərkəzində “AZƏRKİTAB” ilə dünya şöhrətli yazıçı, dedektiv janrının ustası,  Yazıçılar Birliyinin üzvü, xalq yazıçısı Çingiz Abdullayev arasında Müəllif Lisenziya müqaviləsinin imzalanma mərasimi keçirilib.

FETÖ – cular bir geyimdə

4 Avqust 2017 15:51

FETÖ üzvlərinin tanınması məqsədilə saxlanılan və haqlarında hökm oxunan məhbuslar üçün  xüsusi uniformalar hazırlanacaq. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, narıncı, açıq və tünd göy rənglərdə şalvar-köynək, eləcə də tulumlardan ibarət olacaq. Artıq Bursada fəaliyyət göstərən bir sıra tikiş sexlərinə 50 min ədəd uniforma sifariş verilib. Geyimlər FETÖ – çular olan həbsxanalara göndəriləcək.

Məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin sayı açıqlanıb — SİYAHI

4 Avqust 2017 15:47

Respublika üzrə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi ümumtəhsil müəssisələrinin sayı açıqlanıb. Yeni tədris ilində Abşeronda 39, Ağcabədidə 62, Ağdaşda 33, Ağstafada 30, Ağsuda 24, Astarada 48, Bakıda 266, Balakəndə 38, Beyləqanda 31, Bərdədə 48, Biləsuvarda 34, Cəlilabadda 66, Daşkəsəndə 9, Gədəbəydə 38, Gəncədə 44, Goranboyda 62, Göyçay 50, Göygöldə 20, Hacıqabulda 25, İmişlidə 55 ümumi təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək.

Sərhəd pozuldu, ordu hərəkətə GƏTİRİLDİ - SƏRHƏDDƏ DÖYÜŞ

4 Avqust 2017 15:45

Çinlə Hindistan arasında müharibəyə səbəb ola biləcək gərginlik yaranıb. Son günlər iki ölkə arasında sərhəd məsələsinə görə qarşıdurma yaşanıb. Rəsmi Pekin iddia edir ki, 400 Hindistan əsgəri Çin sərhədini pozub.

75 cinayət faktı qeydə alınıb

4 Avqust 2017 15:36

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 75 cinayət faktı qeydə alınıb, onların da 12-si “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 28 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 

Bu obyektlərin sahibləri CƏZALANDIRILDI

4 Avqust 2017 15:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində açıq su hövzələrinin çirkləndirilməsinə qarşı növbəti reyd keçirilib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, reyd zamanı Sumqayıt şəhərində “Acı-Dərə”si kanalı boyu ərazidə bərk məişət tullantılarının qalaqlanması, 76-cı məhəllədə fəaliyyət göstərən “Quşçuluq təsərrüfatı”nda formalaşan çirkab suların təmizlənmədən birbaşa “Acı-Dərə”si kanalına axıdılması, Xəzər dənizi sahil zolağında “Freqat”, “Nicat”, “Orxan”, “Neptun”, “Sahil”, “Alinea” ictimai iaşə obyektlərində yaranan bərk və maye mənşəli məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə edilməməsi faktları aşkar olunub. Faktlarla bağlı obyekt sahibləri barəsində protokollar tərtib edilib. 

Azərbaycanın məşhur dindarından şok açıqlama: "Namaz qılmayanlar öldürülə bilər"

4 Avqust 2017 15:27

Bu yaxınlarda Türkiyə televiziyalarının birində müzakirə olunan “bəzi məzhəblərdə namaz qılmayanlara ölüm cəzası verilməsi” mövzusu ölkədə gündəm yaradıb.

“Avey”in qədim insan məskəni olduğu bir daha təsdiqləndi

4 Avqust 2017 15:22

“Avey” Dövlət tarix-mədəniyyət qoruğunda aparılan son qazıntılar zamanı bu ərazilərdə neolit dövrünün mövcudluğu öz təsdiqini tapıb.

Azərbaycanda fikir, söz və məlumat azadlığının qarantı dövlət başçısıdır

4 Avqust 2017 15:19

Bu bir reallıqdır ki, kütləvi informasiya vasitələrinin inkişafı, mətbuatın normal qaydada fəaliyyət göstərməsi üçün dövlətin bu sahəyə yardımı, diqqət və qayğısı zəruridir. Mətbuata dövlət qayğısı olmadan, onun inkişafına yönəlik addımlar atılmadan indiki dövrdə kütləvi informasiya vasitələrinin normal qaydada fəaliyyəti bir qədər mümkünsüz, çətin olur.

"Gelandewagen"də ölən Mehdi kimdir? - YENİ FAKTLAR

4 Avqust 2017 15:17

Ötən gecə paytaxtın Heydər Əliyev prospektində baş verən qəzada həlak olan "Mercedes Gelandewagen" markalı avtomobilinin sürücüsü Mehdi Əliyev barədə yeni məlumatlar daxil olub.  Mehdi Əliyev sadə bir ailənin övladıdır. 1987-ci ilin aprelin 16-da Bakı şəhərində anadan olub. Bir müddət Bakı şəhərində yerləşən R&B kafedə çalışıb.

Kollecə qəbul olmaq istəyənlərin nəzərinə

4 Avqust 2017 15:14

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 6 avqust tarixində saat 23:59-da başa çatır. Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, qeyd olunan vaxta kimi ixtisas seçimi edib təsdiq etməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Saakaşvili Polşaya getdi

4 Avqust 2017 15:09

Xəbər verildiyi kimi, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna vətədaşlığından məhrum edildikdən sonra sənədsiz qalıb. Sənədsiz qalmış  Mixail Saakaşvili Polşaya gəlib. Saakaşvili Varşava üsyanının ildönümünə həsr edilmiş tədbirdə çıxış edib. O, Gürcüstanla Polşanın əməkdaşlığından və Ukraynadan danışıb.

"İngiltərə və Azərbaycan çempionatı eyni durumdadı"

4 Avqust 2017 15:05

"Qəbələ"nin sabiq futbolçusu Rikardinyo özünə yeni komanda tapıb. Braziliyalı yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirəcək. Rikardinyo "Oksford Yunayted" klubu ilə anlaşıb. Cənubi amerikalı növbəti bir ili bu komandada keçirəcək. Braziliyalı keçidindən sonra verdiyi müsahibədə Azərbaycan çempionatını indi oynadığı liqa ilə müqayisə edib: "Həmişə İngiltərədə oynamaq arzusunda olmuşam. Bunun 2-ci, 3-cü, yoxsa lap 4-cü liqa olmasının fərqi yoxdu. Hesab edirəm ki, hətta son illəri keçirdiyim Azərbaycanda futbolun səviyyəsi burdakından aşağıdı. Amma fiziki cəhətdən hər ikisinin eyni durumda olduğunu düşünürəm".

Qurban Qurbanov: "Şansımız var"

4 Avqust 2017 15:04

Bu gün Çempionlar Liqasının pley-of mərhələsinin püşkü atılıb. Turnirdə Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" qrup mərhələsinə vəsiqə qazanmaq üçün "Kobenhavn" klubunu mübarizədən kənarlaşdırmalıdır.