“AZƏRKİTAB” beynəlxalq layihəyə imza atdı
“AZƏRKİTAB” Kitab Təbliğatı Mərkəzi beynəlxalq layihələrə imza atır. AZƏRKİTAB” Kitab Təbliğatı Mərkəzində “AZƏRKİTAB” ilə dünya şöhrətli yazıçı, dedektiv janrının ustası, Yazıçılar Birliyinin üzvü, xalq yazıçısı Çingiz Abdullayev arasında Müəllif Lisenziya müqaviləsinin imzalanma mərasimi keçirilib.
4 Avqust 2017 15:50 Sosial"AZƏRKİTAB" Kitab Təbliğatı Mərkəzi beynəlxalq layihələrə imza atır.
AZƏRKİTAB" Kitab Təbliğatı Mərkəzində "AZƏRKİTAB" ilə dünya şöhrətli yazıçı, dedektiv janrının ustası, Yazıçılar Birliyinin üzvü, xalq yazıçısı Çingiz Abdullayev arasında Müəllif Lisenziya müqaviləsinin imzalanma mərasimi keçirilib.
"AZƏRKİTAB" - dan "Olaylar" - a bildirilib ki, müqaviləyə əsasən "AZƏRKİTAB" Kitab Təbliğatı Mərkəzi yazıçı Çingiz Abdullayevin 3 kitabını, 2 yeni - "Торжество хама", "Южная рапсодия", həmçinin ona şöhrət gətirən "Голубые ангелы" əsərlərinin rus dilində nəşrini və çapını həyata keçirərək, dünyanın bir sıra ölkələrinə ixracnı təmin edəcək. Bu razılaşma "AZƏRKİTAB" müəllifin kitablarının primyeralarını həm Bakıda, həm də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində, eləcə də MDB ölkələrində təşkilini nəzərdə tutur.