"İngiltərə və Azərbaycan çempionatı eyni durumdadı"

"Qəbələ"nin sabiq futbolçusu Rikardinyo özünə yeni komanda tapıb. Braziliyalı yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirəcək. Rikardinyo "Oksford Yunayted" klubu ilə anlaşıb. Cənubi amerikalı növbəti bir ili bu komandada keçirəcək. Braziliyalı keçidindən sonra verdiyi müsahibədə Azərbaycan çempionatını indi oynadığı liqa ilə müqayisə edib: "Həmişə İngiltərədə oynamaq arzusunda olmuşam. Bunun 2-ci, 3-cü, yoxsa lap 4-cü liqa olmasının fərqi yoxdu. Hesab edirəm ki, hətta son illəri keçirdiyim Azərbaycanda futbolun səviyyəsi burdakından aşağıdı. Amma fiziki cəhətdən hər ikisinin eyni durumda olduğunu düşünürəm".

Qeyd edək ki, "Oksford Yunayted" İngiltərənin gücünə görə 3-cü dəstəsi olan 1-ci liqada çıxış edir. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31