Qurban Qurbanov: "Şansımız var"

Bu gün Çempionlar Liqasının pley-of mərhələsinin püşkü atılıb. Turnirdə Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" qrup mərhələsinə vəsiqə qazanmaq üçün "Kobenhavn" klubunu mübarizədən kənarlaşdırmalıdır. 

Bu gün Çempionlar Liqasının pley-of mərhələsinin püşkü atılıb. Turnirdə Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" qrup mərhələsinə vəsiqə qazanmaq üçün "Kobenhavn" klubunu mübarizədən kənarlaşdırmalıdır.   Qurban Qurbanov püşkü belə dəyərləndirib: "5 potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik, bu baxımdan "Kobenhavn" də istisna deyildi. Rəqibimizin gücü bəllidir, vaxtımız azdır, istənilən halda şansımız var və şansımızdan istifadə etməyə çalışacağıq. Buna baxmayaraq, rəqibi analiz edib oyuna maksimum şəkildə hazırlaşacağıq". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31