Gündəm
Nəsimi rayon məktəbliləri Eko-Parkda
Məktəblilərin yay tətili günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə orta məktəb şagirdləri üçün silsilə tədbirlər təşkil olunub keçirilir.
İspaniyada 10 il işə getməyən məmur işdən azad edilib
İspaniyada Valensiya şəhərinin rəhbərliyi 10 il ərzində işə getməyən, amma əmək haqqı alan arxiv əməkdaşını işdən azad edib. Karles Resio 2006-cı ildən başlayaraq hər gün səhər 07:00-da işdə qeydiyyatdan keçib evə gedirmiş, saat 16:00-da isə iş vaxtının bitdiyini bildirən imzanı atmaq üçün işə qayıdırmış. Asudə vaxtlarında K.Resio komikslər çəkməklə məşğul olduğunu bildirib.
Bakıda qadın həyat yoldaşı tərəfindən butulka ilə zorlanıb və 500 AZN-ə satılıb – VİDEO
Həyatın dəyərini bilmək istəsəniz, bədbəxt bir qadının üzünə baxın. İlahi kitablar olmasaydı, ən müqəddəs sözləri bədbəxt qadınların söyləyəcəyinə inanardım. Bədbəxt qadınlar həyata necə baxarlar, hamımız bilərik əslində.
O 4 yaşlı zorlanan qız mənəm, sənsən, bizik
Yəqin özünüz də görürsünüz ki, son vaxtlar dünyada və ölkəmizdə o qədər hadisə baş verir ki, insanları təəccübləndirmək çox çətindir. Oğul anasını, ata uşağını öldürür, ana balasını zəhərləyir... Nə bilim ey, say-say qurtarmaz. Artıq bu kimi hadisələr media üçün, sadəcə, xəbərə çevrilib. Cəmiyyəti isə o hadisələrin dəqiqliyinə inandırmaq çətin deyil, heç buna mənbə də lazım deyil, xəbərin təsdiqini gözləmirlər belə. Çünki dediyim kimi, bu hadisələr adiləşib, çoxalıb, yaxınlaşıb. Bayaqdan ancaq uzaq bir kənddə, yadın evində baş verənlər bu gün öz evimizdə, qonşumuzun, qohumumuzun evində baş verir.
İnterpol xətti ilə axtarışda olan şəxs Moldovada tutularaq ölkəyə gətirilib
Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən şəxs Moldovada tutulub. 2016-cı ildən Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rüstəm Tofiq oğlu Əliyev Moldovada saxlanılaraq Azərbaycana ekstradisiya edilib. Faktla bağlı araşdırma aparılır.
Yuxuya gedən arvadını zorlayıb, videoya çəkdi - VİDEO
İngiltərənin Nyukasl şəhərində adı açıqlanmayan bir şəxs həyat yoldaşını yuxudaykən zorladığı üçün həbs olunub. Qadın ərinin evdə unutduğu telefona baxarkən videolara girişin "kilidli" olduğunu görüb və şübhələnib. Daha sonra ərinin telefonunda olan videolara çətinliklə də olsa baxa bilib. Qadın videolarda yuxuda olarkən və spirtli içki qəbul edərkən ərinin onunla cinsi əlaqəyə girdiyini və həmin anlarını videoya çəkdiyini görüncə həyatının şokunu yaşayıb. Qadının şikayəti sonrası məsələ məhkəməyə qədər uzanıb.
Türkiyədə bəylə gəlin toya Üzeyirin mahnısı ilə gəldi - VİDEO
Türkiyədə bəy və gəlin toya azərbaycalı müğənni Üzeyir Mehdizadənin mahnısının sədaları altında gəlib. Həmin anın görüntülərinin videosu sosial şəbəkələrdə yayılıb. Bəy və gəlin toy mərasiminin iştirakçıları Üzeyir Mehdizadənin "Ay balam, gül balam" mahnısının sədaları altında rəqs edirlər.
Kopenhagendə 26 dəqiqəyə 5, Bakıda 21 dəqiqəyə 4 qol
Avrokuboklar tarixində 2-ci dəfə Azərbaycan və Danimarka klublarının yolları kəsişib. Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq "Qarabağ"la "Kopenhagen" ölkələrinin ikinci duelinin iştirakçısı olacaq. Maraqlıdı ki, baş tutan yeganə qarşıdurmada da eyni komandalar görüşüb. 1998/99 mövsümünün Kuboklar kubokunun ilkin mərhələsində ağdamlılar Kopenhagenin eyniadlı təmsilçisi ilə görüşüb. Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komanda avrokuboklarla biabırçı şəkildə vidalaşıb. Avqustun 13-də Danimarkada 6 cavabsız qol vuran meydan sahibləri iki həftə sonra Bakıda da amansız olub - 4:0.
Dəmir yolu sərnişinləri üçün xüsusi endirim
Azərbaycan dəmir yolları sərnişinləri artıq hər bir istiqamətə alacaqları biletdən faydalana bilərlər. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, istər ölkədaxili, istər beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarına, istərsə də Bakı-Sumqayıt elektrik qatarına əldə edilən biletlərə Referans Klinik Laboratoriya Mərkəzi və LOR Hospitalın 25% - lik endirim kuponu təqdim edilir.
Yağış sularının yığılma təhlükəsi olan ərazilərdə layihələrin icrası davam etdirilir
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamından irəli gələn layihələrin icrasını davam etdirir.
Cəbrayılda erməni əsgərin güllələnməsinə görə komandir və bir əsgər həbs olunub
Azərbaycanın işğal altında olan Cəbrayıl rayonundakı erməni postlarından birində bu ilin fevralında erməni əsgərin güllələnməsi ilə bağlı yeni məlumatlar yayılıb.
Prezidentin səs yazısı yayıldı: “Prokurorlardan zəhləm gedir, ən yekə oğru onlardır”
Özbəkistan prezidenti Şövkət Mirziyayev avqustun 2-də keçirdiyi videoselektor müşavirəsində prokurorları sərt tənqid edib, onları “ən yekə oğrular” adlandırıb. Virtualaz.org xəbər verir ki, prezidentin qapalı müşavirədə dediklərinin audioyazısını “Azadlıq” radiosunun tacik xidməti əldə edib.
Avropa Liqasında pley-off mərhələsinin püşkü atıldı
İsveçrənin Nyon şəhərində Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
İŞİD-in hədəfində daha bir ölkə - AVSTRALİYA
Avstraliya polisi Sidney şəhərində yerləşən hava limanında aparılan axtarış əməliyyatları zamanı iki İŞİD terrorçusunu həbs edib. Polis terrorçuların Türkiyədə gizlənən İŞİD liderinin göndərdiyi bombalarla sərnişin təyyarəsinə edəcəyi hücumun qarşısını alıb. Terrorçular hücumu Birləşmiş Ərəb Əmirliklərinin “Etihad” şirkətinə məxsus sərnişin təyyarəsində etməyi nəzərdə tutublar.
Azərbaycanda kuryoz: məhkəmə ölüyə pul cəzası kəsdi
Astara rayonunda məhkəmə bir il öncə ölən şəxsə pul cəzası kəsib. Astara məhkəməsində pul cəzası kəsilən mərhumRahim Baladadaş oğlu İmanov ötən il vəfat edib. Astaranın Şiyəkəran kənd sakini 49 yaşlı R.İmanov balıq ovlayarkən tilovun yüksək gərginlikli elektrik xəttinə toxunması səbəbindən cərəyan vurması nəticəsində ölüb.














