Kopenhagendə 26 dəqiqəyə 5, Bakıda 21 dəqiqəyə 4 qol
Avrokuboklar tarixində 2-ci dəfə Azərbaycan və Danimarka klublarının yolları kəsişib. Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq "Qarabağ"la "Kopenhagen" ölkələrinin ikinci duelinin iştirakçısı olacaq. Maraqlıdı ki, baş tutan yeganə qarşıdurmada da eyni komandalar görüşüb. 1998/99 mövsümünün Kuboklar kubokunun ilkin mərhələsində ağdamlılar Kopenhagenin eyniadlı təmsilçisi ilə görüşüb. Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komanda avrokuboklarla biabırçı şəkildə vidalaşıb. Avqustun 13-də Danimarkada 6 cavabsız qol vuran meydan sahibləri iki həftə sonra Bakıda da amansız olub - 4:0.
4 Avqust 2017 16:23 İdmanAvrokuboklar tarixində 2-ci dəfə Azərbaycan və Danimarka klublarının yolları kəsişib. Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq "Qarabağ"la "Kopenhagen" ölkələrinin ikinci duelinin iştirakçısı olacaq. Maraqlıdı ki, baş tutan yeganə qarşıdurmada da eyni komandalar görüşüb. 1998/99 mövsümünün Kuboklar kubokunun ilkin mərhələsində ağdamlılar Kopenhagenin eyniadlı təmsilçisi ilə görüşüb.
Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komanda avrokuboklarla biabırçı şəkildə vidalaşıb. Avqustun 13-də Danimarkada 6 cavabsız qol vuran meydan sahibləri iki həftə sonra Bakıda da amansız olub - 4:0.
İki oyunun cəmində 0:10 hesabı ilə uduzan "Qarabağ" avrokuboklardakı antirekordun şəriklərindəndi. Onlardan başqa, "Neftçi" "Vidzev"ə, "Xəzər Lənkəran" Hayfa "Makkabi"sinə iki oyunun cəmində 10 cavabsız topla uduzub. 9 il əvvəlki həmin görüşlərdə "Qarabağ"ın heyətində indi klubda çalışan Müşfiq Hüseynov, həmçinin Camaləddin Əliyev, Elşad Əhmədov, Vadar Nuriyev, Zaur Qarayev, Rüfət Quliyev, Mais Əzimov, Mirbağır İsayev, Səttar Əliyev, Təbriz Həsənov, Bəxtiyar Musayev, Renat Abdaşov, Emil Paşayev, Vəli Hüseynov, Kənan Mahmudov, Yalçın Bağırov kimi futbolçular çıxış edib.
Darmadağınla nəticələnən görüşlərə gəlincə, Kopenhagendə ilk 26 dəqiqəyə 5 top buraxıb. Martin Nilsen 2-ci, Tomas Torninqer 6-cı, Peter Nilsen 13-cü, Byarne Qoldbek 20-ci, Morten Falx 26-cı dəqiqədə "Qarabağ"ı məyus edib. 40-cı dəqiqədə Peter dublunu rəsmiləşdirib və sakitləşən meydan sahibləri qarşıdakı 50 dəqiqədə qol vurmayıb. Bakıda isə hər şey görüşün sonuna qalıb. Yenə də danimarkalılar 4 qolu qısa zamanda - 21 dəqiqədə vurublar. Kim Yensen 64-cü və 70-ci, Nyuson 75-ci və 84-cü dəqiqələrdə fərqlənib. Apasport.az