İŞİD-in hədəfində daha bir ölkə - AVSTRALİYA
Avstraliya polisi Sidney şəhərində yerləşən hava limanında aparılan axtarış əməliyyatları zamanı iki İŞİD terrorçusunu həbs edib. Polis terrorçuların Türkiyədə gizlənən İŞİD liderinin göndərdiyi bombalarla sərnişin təyyarəsinə edəcəyi hücumun qarşısını alıb. Terrorçular hücumu Birləşmiş Ərəb Əmirliklərinin “Etihad” şirkətinə məxsus sərnişin təyyarəsində etməyi nəzərdə tutublar.
4 Avqust 2017 15:59 DünyaAvstraliya polisi Sidney şəhərində yerləşən hava limanında aparılan axtarış əməliyyatları zamanı iki İŞİD terrorçusunu həbs edib. Polis terrorçuların Türkiyədə gizlənən İŞİD liderinin göndərdiyi bombalarla sərnişin təyyarəsinə edəcəyi hücumun qarşısını alıb. "Olaylar" Rus mətbuatına istinadən bildirir ki, terrorçular hücumu Birləşmiş Ərəb Əmirliklərinin "Etihad" şirkətinə məxsus sərnişin təyyarəsində etməyi nəzərdə tutublar.
Avstraliya rəsmiləri bildirib ki, 49 yaşlı Xalid Həyat və 32 yaşlı Mahmud Həyat adlı cinayətkarlar sərnişin təyyarəsilə yanaşı, qapalı ictimai məkanda zəhərli kimyəvi maddə yayaraq ikinci hücumun hazırlığını da aparıblar. Hücumları İŞİD terror təşkilatına məxsus şəxslər palnlayıblar.