Azərbaycanda kuryoz: məhkəmə ölüyə pul cəzası kəsdi

Astara rayonunda məhkəmə bir il öncə ölən şəxsə pul cəzası kəsib. Astara məhkəməsində  pul cəzası kəsilən mərhumRahim Baladadaş oğlu İmanov ötən il vəfat edib. Astaranın Şiyəkəran kənd sakini  49 yaşlı R.İmanov balıq ovlayarkən tilovun yüksək gərginlikli elektrik xəttinə toxunması səbəbindən cərəyan vurması nəticəsində ölüb.

R.İmanov bu hadisədən bir qədər əvvəl qardaşı Məmməd Baladadaş oğlu İmanova "Amrahbank"-dan kredit götürən zaman zamin durubmuş. Kredit götürən şəxs ödəniş etmədiyindən bank məhkəməyə müraciət edib. R.İmanovun yaxınlarının verdiyi  məlumata görə, Astara məhkəməsində hakim Mübariz Məmmədovun sədrliyi keçirilən iclasda mərhuma 343 manat pul cəzası kəsilib. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31