Yağış sularının yığılma təhlükəsi olan ərazilərdə layihələrin icrası davam etdirilir

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil  yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamından irəli gələn layihələrin icrasını davam etdirir.

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil  yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamından irəli gələn layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki,    sərəncama əsasən, Abşeron yarımadasının müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulub. Artıq 4 ərazidə - Böyükşor gölü, Ramana Südçülük Sovxozu və Binəqədi şosesi və Ə.Əliyev küçəsində tikinti-quraşdırma işləri başa çatdırılıb, digər istiqamətlərdə layihələrin icrası davam etdirilir. Qısa müddətdə tikintisi nəzərdə tutulan 21,5 km kanalizasiya kollektorlarının 11,5 km-lik  hissəsi inşa edilib.

Binəqədi şosesi boyu yağış sularının kənarlaşdırılması məqsədilə müxtəlif diametrli borularla 2,8 km uzunluğunda kollektor tikilib. Bununla da intensiv yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni inşa olunmuş kollektorla Böyükşor gölünə axıdılacaq. Eyni zamanda Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi layihəsi çərçivəsində 1,5 km uzunluğunda kanalizasiya kollektorunun tikintisi yekunlaşıb. Bu layihə çərçivəsində digər infrastrukturların yaradılması işləri həyata keçirilir.

Qeyd edək ki, Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə 2017-ci ilin dövlət büdcəsindən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 14,7 milyon manat vəsait ayrılı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31