İspaniyada 10 il işə getməyən məmur işdən azad edilib

İspaniyada Valensiya şəhərinin rəhbərliyi 10 il ərzində işə getməyən, amma əmək haqqı alan arxiv əməkdaşını işdən azad edib. Karles Resio 2006-cı ildən başlayaraq hər gün səhər 07:00-da işdə qeydiyyatdan keçib evə gedirmiş, saat 16:00-da isə iş vaxtının bitdiyini bildirən imzanı atmaq üçün işə qayıdırmış. Asudə vaxtlarında K.Resio komikslər çəkməklə məşğul olduğunu bildirib.

Qeyd olunur ki, onun illik əmək haqqı 50 min avro həcmində olub. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31