Gündəm
37 il boyunca "yaşamadığı" ölüncə ortaya çıxdı - Valideyin səhlənkarlığı - VİDEO
Türkiyənin Adana şəhərində 37 yaşında infarktdan çatdırıldığı xəstəxanada həyatını itirən və heç bir yerdə qeydiyyatda olmayan vətəndaşın cənazəsi şəxsiyyət vəsiqəsi olmadığı üçün ailəsinə təhvil verilməyib.
Strateji kənd təsərrüfatı sahələrinin inkişafı dövlətin diqqət mərkəzindədir
Artıq bir neçə ildir ki, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi qeyri-neft sektorunun daha da inkişaf etdirilməsini zərurətə çevirib. Düzdür, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü addımlar 2004-cü ildən atılmağa başlayıb və ötən illər ərzində həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları bu sahənin inkişafına kifayət qədər təkan verib, şərait yaradıb. Amma, mövcud potensial, imkanlar indiyə qədər əldə edilən nəticələrdən dəfələrlə çox olduğundan qeyd edilən istiqamətdə daha genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, addımların atılması günün tələbinə çevrilib.
Fransadan gələn şəxsdən Bakıda DƏHŞƏTLİ ƏMƏL
Sumqayıt şəhərində tanışını qətl törətməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Röyanın həbsdə olan qayınatası barədə AĞIR QƏRAR
“Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilov barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.
Bakıda havanı korlayan 160 sürücü cərimələnib
Bu gün səhər saatlarından nahar fasiləsinə qədər “Təmiz hava” aylığı çərçivəsində Bakının “Ekologiya postu”nda 100-dən artıq nəqliyyat vasitəsinə baxış keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Deputat: Kənd təsərrüfatı, turizm, İKT getdikcə rentabelli sahələrə çevrilməkdədir
Azərbaycanda kənd təsərrüfatı, emal sənayesi, turizm, nəqliyyat, İKT sektoru getdikcə daha çox rentabelli sahələrə çevrilməkdədir. Bunu Milli Məclisin deputatı Musa Quliyev deyib. Onun sözlərinə görə, “Made in Azerbaijan” brendi adı altında onlarla məhsulumuz xarici bazarlarda yer tutmaqdadır.
PFL 2017/2018-ci illər mövsümünün təqvimini açıqladı
Bakıda küçədən meyit tapıldı
Bakı şəhərində küçədən meyit tapılıb. Paytaxtın Pirallahı rayonu, 29-cu məhəllə adlanan ərazidə üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti aşkar edilib. Araşdırmalar nəticəsində onun rayon sakini, 1954-cü il təvəllüdlü Tofiq Ramazan oğlu Lətifov olduğu müəyyənləşdirilib. Faktla bağlı araşdırma aparılır.
""Qarabağ" haqda məlumat yığmaq çətin olmayacaq" - "Kopenhagen" rəsmisi
Beş mümkün rəqibimizdən ən güclüsü "Riyeka" idi. Bizim üçün digər 4 komanda təxminən eyni səviyyəli görünürdü. Bu sözləri Danimarkanın "Kopenhagen" klubunun texniki direktoru Yohan Lanqe deyib. O, Çempionlar Liqasının pley-off mərhələsinin bu gün keçirilən püşkatmasını dəyərləndirib və Azərbaycan çempionu "Qarabağ"la görüşməkdən razı qaldığını bildirib: "Pley-off0da asan oyun olmur. Biz artıq III təsnifat mərhələsində də zəif rəqib olmadığını gördük. İlk oyunun evdə keçirilməsini istəyərdik. Amma püşk fərqli nəticələndi. Bu isə o deməkdi ki, bizi uzun səyahət gözləyir. Həmçinin isti hava, saat fərqi də əlavə çətinliklər yaradacaq. Artıq rəqib haqda məlumat toplayıb. Onu təhlil etməyə başlayacağıq. Biz əvvəllər daha qısa zaman kəsiyində də bunu etmişik. Ona görə də rəqib haqda məlumat yığmaq çətin olmayacaq. Onların qarşıda çempionat matçı olduğundan xəbərim var. Bakıya gedib, "Qarabağ"ı izləməliyik".
Avropa istidə qovrulur: yanğınlar və ölümlər artıb
Avropanın mərkəzi və cənub-şərqi hissəsində anomal istilər hökm sürür, bürküdür. Serbiyada son 5 ildə ən yüksək temperatur qeydə alınıb. Serbiyada ölkə boyunca havanın orta temperaturu 38-42 dərəcəyə çatıb. Şimali Afrikadan gələn "Lüsifer" adlı antitsiklon nəticəsində havanın orta temperaturu sürətlə artıb.
Şirkət rəhbərliyinə qarşı korrupsiya faktı ilə bağlı cinayət işi başlanıb
Kənd təsərrüfatı sahəsində ixtisaslaşmış “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin vəzifəli şəxslərinin fəaliyyətində aşkar edilmiş qanun pozuntuları barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Azərbaycan nümayəndə heyəti İran prezidentinin andiçmə mərasimində iştirak edəcək
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti avqustun 5-də İran İslam Respublikasının paytaxtı Tehranda səfərdə olacaq.
İrem Dericiyə cəza
Müğənni İrem Derici aparıcılıq etdiyi "Eylenmene bak" proqramının çəkilişlərinə getməyərək "Xəstəyəm" deyib. Lakin həmin gün Bodruma konsert verməyə gedən İrem problemlə qarşılaşıb. Tez-tez çəkilişlərə qatılmamaq üçün bəhanələr tapan İrem verilişi çəkən prodakşnı əsəbiləşdirib. Sonuncu dəfə yalan deyib konsertə getdiyi üçün isə şirkət İremi məhkəməyə verərək ondan təzminat tələb edir.
Qazaxıstanda snayperçilərin yarışı keçiriləcək
Avqustun 4-də “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində snayper cütlüklərinin yarışlarına start veriləcək. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, iki yarış günü ərzində snayperlər müxtəlif məsafələrdə hava hədəflərininin məhv edilməsi və digər bir sıra xüsusi tapşırıqları yerinə yetirəcəklər.
ASAN könüllüləri ilə görüş keçirilib
ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Rəsulzadə qəsəbə bələdiyyəsində görüş keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, keçirilən görüşdə Rəsulzadə qəsəbə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Bələdiyyə sədrinin müavinləri, “İctimai-humanitar” sektorunun müdiri və ASAN könüllüləri iştirak ediblər. Əvvəlcə ASAN könüllüləri Rəsulzadə qəsəbə bələdiyyəsinin fəaliyyəti ilə tanış oldular və onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verilib.














