Avropa istidə qovrulur: yanğınlar və ölümlər artıb
Avropanın mərkəzi və cənub-şərqi hissəsində anomal istilər hökm sürür, bürküdür. Serbiyada son 5 ildə ən yüksək temperatur qeydə alınıb. Serbiyada ölkə boyunca havanın orta temperaturu 38-42 dərəcəyə çatıb. Şimali Afrikadan gələn "Lüsifer" adlı antitsiklon nəticəsində havanın orta temperaturu sürətlə artıb.
4 Avqust 2017 17:21 DünyaAvropanın mərkəzi və cənub-şərqi hissəsində anomal istilər hökm sürür, bürküdür. Serbiyada son 5 ildə ən yüksək temperatur qeydə alınıb. Serbiyada ölkə boyunca havanın orta temperaturu 38-42 dərəcəyə çatıb. Şimali Afrikadan gələn "Lüsifer" adlı antitsiklon nəticəsində havanın orta temperaturu sürətlə artıb. Qonşu Macarıstanda orta temperatur +41 olduğu üçün "qırmızı təhlükə səviyyəsi" elan olunub.Avstriyanın paytaxtı Vyanada +38-dir. Rusiyanın paytaxtı Buxaretsə və ölkənin əksər əyalətlərində havanın temperaturu +42-yə bərabərdir. Sinoptiklərin dediklərinə görə, havalar yalnız gələn həftənin ortalarından nisbətən sərinləşməyə başlayacaq. Bu gün istilər 3 nəfərin ölümünə səbəb olub. İstidən ölüm faktları İtaliya, Ukrayna və Rumıniyada qeydə alınıb. İtaliya, Fransa, İspaniya, Portuqaliyada və Yunanıstanda meşə yanğınları başlayıb. Milli.Az European-a istinadən xəbər verir.