Gündəm
İlham Əliyev: Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları az siqaret çəksinlər
Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları az siqaret çəksinlər. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
Prezident İlham Əliyev: Azərbaycanda kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün görülən işlər, inanmıram ki, hansısa başqa ölkədə görülsün
Azərbaycan dövləti müntəzəm olaraq kənd təsərrüfatının inkişafına çox böyük vəsait ayırır, investisiyalar qoyulur. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
Daha bir müğənninin sevgilisi evli çıxdı
Müğənni Ziynet Sali bir müddətdir ki Antoni Marşal adlı qaradərili bir aranjimançı ilə sevgilidir. 42 yaşlı Ziynet son zamanlar artıq ərə gedib ailə sahibi olmaq istədiyini demişdi.
İlham Əliyev: Biz indi görülən və görüləcək tədbirlər nəticəsində dünya miqyasında üçüncü yerə çıxa bilərik
Baramaçılıqdan və tütünçülükdən fərqli olaraq fındıqçılıq son illər ərzində Azərbaycanda inkişaf edib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
Azərbaycan Prezidenti: Sovet vaxtının ən yüksək səviyyəsinə qalxıb, hətta onu keçə də bilərik
Sovet vaxtının ən yüksək səviyyəsinə qalxıb, hətta onu keçə də bilərik. Bunu Prezident İlham Əliyev Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
Prezident İlham Əliyev: Qeyri-neft sektoru inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək, idxaldan asılılıq azalacaq
Qeyri-neft sektoru inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək, idxaldan asılılıq azalacaq. Bunu Prezident İlham Əliyev Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
Saçını rəngləmək istədi - faciə ilə üzləşdi+ fotolar
İŞİD sivillərə zorakılıq tətbiq edir
Suriyanın Deyr Əz-Zor şəhərində Suriya ordusunun apardığı əməliyyatlar qarşısında çətin vəziyyət düşən İŞİD militanları sivil xalqı müharibəyə cəlb edir. Bu barədə broşuralar paylayan təşkilat 20-30 yaşlı kişilərin nəzarət məntəqələrinə gəlməsini tələb edib. Beləliklə də, İŞİD əməliyyatlarda itirdiyi döyüşçülərinin yerini sivil vətəndaşlar sayəsində doldurmaq istəyir.
Moskva məhkəməsi erməniyə görə NTV kanalına 300 min cərimə yazdı
NTV telekanalı Moskva Arbitraj Məhkəməsinin qərarı ilə erməni aktyor Armen Ciqarxanyana görə 300 min rubl cərimə olunub. Aktyor RİA Novostiyə aid məlumatları qeyri-qanuni yaydığı üçün cəzalandırılıb. Məbləğin 200 min rublunu kanal, qalan 100 minini isə aktyor özü ödəməlidir.
ABŞ-dan ETİRAF: İŞİD-ə qarşı zərbələrdə 624 dinc sakin ölüb
2014-cü ilin avqust ayından başlayaraq ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraq və Suriyada İŞİD mövqelərinə zərbələri nəticəsində azı 624 dinc sakin həlak olub.
İslandiya millisinin üzvü "Rubin"də
İslandiya millisinin müdafiəçisi Raqnar Siqurdsson karyerasını Rusiyada davam etdirəcək. 31 yaşlı futbolçu "Rubin"lə anlaşıb. Tərəflər 2018-ci ilin yayına kimi müqavilə imzalayıb. O, Kazan klubunda 5 nömrəli formanı geyinəcək. Siqurdsson karyerası ərzində "Göteborg", "Kobenhavn", "Krasnodar" və "Fulhem"in də şərəfini qoruyub. Son mövsümü "Fulhem"da keçirən müdafiəçi 18 oyuna 1 qol vurub. Milli komandada 69 oyuna çıxan futbolçu 3 dəfə fərqlənib.
İki gəncin faciəvi ölümünü dostları kameraya çəkdi - VİDEO
Hindistanda şəlalədən atlayan içkili iki gənc həyatını itirib. 26 yaşlı Imran Qandi və 21 yaşlı Pratap Rathodun atladığı anlar başqa yoldaşları tərəfindən anbaan kameraya çəkilib.
Müşfiq "Ben bilmem eşim bilir"in aparıcısı ilə filmə çəkilir
Aktyor Müşfiq Şahverdiyev yeni film çəkir. Aktyor yeni layihəsində türkiyəli aktyor Ufuk Özkanla baş rolu paylaşacaq. Müşviq bu barədə özü məlumat verib: "Bir filmi bitirib yenisinə başladıq. Yeni uğura imza atmaqdan zövq alıram. Bu dəfə "Artlemma Film" türk-azərbaycanlı kinoçuları bir araya gətirib. Möhtəşəm film çəkilişinə start verildi. Baş rolu paylaşdığım Ufuk Özkanla Azərbaycan-Türkiyə filminə uğurlu bir iş gətirəcəyimizə inanırıq".
Yaponlar bunu da etdilər
Yapon alimlər isti havada əriməyən dondurma hazırlayıblar. Bunun üçün onlar dondurmanın formasını möhkəmləndirmək üçün çiyələk ekstraktı – polifenoldan istifadə ediblər.
Müəmmalı görüşün yeni təfərrüatları ortaya çıxdı: Vəkil hər şeyi açıqladı
Rusiyalı vəkil Nataliya Veselnitskaya ABŞ prezidenti Donald Trampın oğlu ilə görüşməsinin səbəblərini açıqlayıb. Vəkil Tramp Jr.lə “Maqnitskiy” qanunu üçün lobbi fəaliyyətləri həyata keçirən ingilis maliyyəçi Villiam Brovder haqqındakı narahatlıqlarını paylaşmaq üçün görüşdüyünü deyib. Veselnitskaya bu açıqlamanı məsələnin ABŞ mətbuatında şişirdilməsindən sonra verməyə məcbur olub: “Bu özəl bir görüş idi. Professional fəaliyyətlərim nəticəsində topladığım bilgiləri paylaşmaq üçün Tramp JR.lə görüşməyə qərar verdim və ondan yardım istədim. ABŞ konqresinin Brovderə Rusiyada nələr olduğunu bilməsi üçün yardım edə biləcək biri lazım idi. Bu çox normal bir tələb idi”.











