Azərbaycan nümayəndə heyəti İran prezidentinin andiçmə mərasimində iştirak edəcək

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti avqustun 5-də İran İslam Respublikasının paytaxtı Tehranda səfərdə olacaq.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti avqustun 5-də İran İslam Respublikasının paytaxtı Tehranda səfərdə olacaq.

Milli Məclisdən verilən məlumata görə, səfər zamanı Milli Məclisin Sədri və onu müşayiət edən şəxslər İran Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcəklər. O.Əsədovun tədbirə qatılan nümayəndə heyətlərinin başçıları ilə görüşləri də nəzərdə tutulub. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31