84 həkim işə qəbul olundu
Səhiyyə Nazirliyi həkimlərin mərkəzləşdirilmiş işə qəbulu ilə bağlı keçirdiyi son müsabiqənin nəticəılərini açıqlayıb. Nazirlikdən “Olaylar”-a verilən məlumata görə, müsabiqənin nəticılərinə əsasən, 84 nəfər həkim işə qəbul edilib.
4 Avqust 2017 13:43 SosialSəhiyyə Nazirliyi həkimlərin mərkəzləşdirilmiş işə qəbulu ilə bağlı keçirdiyi son müsabiqənin nəticəılərini açıqlayıb. Nazirlikdən "Olaylar"-a verilən məlumata görə, müsabiqənin nəticılərinə əsasən, 84 nəfər həkim işə qəbul edilib.
Qeyd edək ki, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyinin kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən, nazirliyin tabeliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.