Azəbaycan niyə hədəf seçilib?

Yenə ənənəvi mübarizə metoduna start verilib, hədəflər müəyyənləşdirilib. Hər zaman olduğu kimi bu dəfə də sözügedən “mübarizə”də hədəf və onu hədəfə alanlar dəyişməzdir. Hədəf Azərbaycandır. Onu hədəfə alan qüvvələr isə erməni lobbisi, onun maliyyə dəstəyi ilə fəaliyyət göstərən Qərbin, Avropanın bəzi təsisatları və Azərbaycana düşmən kəsilmiş radikal siyasi düşərgədir. Son illər bu sıraya Rusiyada Azərbaycan əleyhinə fəaliyyət göstərən, yaxud zamanında Kremlə bağlı olmuş, indi isə lazımsız əşya kimi kənara atılan fiqurlar da daxil olub. Amma əsas etibarilə hər zaman qeyd etdiyimiz üçlük Azərbaycana qarşı məkirli fəaliyyətləri ilə seçilib.

Yenə ənənəvi mübarizə metoduna start verilib, hədəflər müəyyənləşdirilib. Hər zaman olduğu kimi bu dəfə də sözügedən "mübarizə"də hədəf və onu hədəfə alanlar dəyişməzdir. Hədəf Azərbaycandır. Onu hədəfə alan qüvvələr isə erməni lobbisi, onun maliyyə dəstəyi ilə fəaliyyət göstərən Qərbin, Avropanın bəzi təsisatları və Azərbaycana düşmən kəsilmiş radikal siyasi düşərgədir. Son illər bu sıraya Rusiyada Azərbaycan əleyhinə fəaliyyət göstərən, yaxud zamanında Kremlə bağlı olmuş, indi isə lazımsız əşya kimi kənara atılan fiqurlar da daxil olub. Amma əsas etibarilə hər zaman qeyd etdiyimiz üçlük Azərbaycana qarşı məkirli fəaliyyətləri ilə seçilib.

1993-cü ildən üzü bu yana hər il demək olar ki, bir neçə dəfə yuxarıda adlarını qeyd etdiyimiz üçlü oyunbazlar 2meydana" atılır. Hər dəfə başladıqları bu mübarizə iflasa uğrasa da, lakin usanmırlar. Məşhur lətifədə kişinin həyat yoldaşının siqaret çəkməyə son qoyub, lakin kişi başqa bir vərdişə öyrəncəli olduğu kimi, bunlar da sanki öyrəncəli olublar öz ənəvəvi vərdişlərinə.

Azərbaycanı hədəf seçən üçlükdən ən təhlükəlisi, radikal siyasi düşəgənin və erməni lobbisinin məqsədləri başa düşüləndir. Radikal siyasi düşərgə 20 ildən artıq hakimiyyət arzusu, həsrəti ilə yaşadığı, lakin bu arzunu reallaşdıra bilmədiyi üçün mövcud siyasi hakimiyyətin timsalında Azərbaycana qənim kəsilib. Özlərinin hakimiyyət, kreslo hərisliyinin reallaşması üçün erməni lobbisi ilə işbirliyinə girməkdən belə çəkinməyən, utanmayan həmin qüvvələr dəfələrlə ermənilərin maliyyə dəstəyi ilə ölkədə siyasi gərginlik yaratmağa, mövcud sabitliyi pozmağa çalışıblar. Paralel olaraq müxtəlif adlar altında Avropaya səpələnmiş həmin düşərgənin antiazərbaycançı simaları Qərbdə, Avropadakı erməni informasiya qaynaqları, mərkəzləri ilə sıx əməkaşlıq edərək, onlara yalan, qərəz dolu məlumatlar ötürərək Azərbaycan barədə mənfi rəyin formalaşmasına, onun beynəlxalq imicinə zərbə vurmağa çalışan materialların dərc edilməsinə ermənilər kimi səylə, ciddi cəhdlə çalışıblar. "Azərbaycan saat"ından tutmuş "Turan TV"yə qədər bütün resurslar məhz Azərbaycanı ləkələməyə yönəlib. Təəssüflər olsun ki, bəzi Qərb təsisatları da məhz bu kimi antiazərbaycançılardan vasitə kimi yararlanaraq Bakıya qarşı təzyiqlər edir, Azərbaycandan hansısa iqtisadi və siyasi maraqlarının təmin olunmasını istəyirlər. O ki, qaldı, erməni lobbisinə, onun məqsədi, mahiyyəti hər kəsə aydındır. Və istər Ermənistan dövləti, istərsə də erməni lobbisi hər zaman Azərbaycan əleyhinə fəaliyyətdə olub və bu fəaliyyətin bundan sonra da davam edəcəyi şübhəsizdir. Çünki ermənilər üçün Cənubi Qafqazda güclü bir Azərbaycan dövlətinin mövcudluğu qəbuledilməzdir, bunu qətiyyən həzm edə bilmirlər.

Elə Azərbaycana qarşı planda yer alan üçüncü qüvvə, bəzi Qərb təsisatlarını da məhz qeyd etdiyimiz bu məqam ciddi şəkildə narahat edir və bu səbəbdən onların Azərbaycana olan mövqeyi ermənilərlə üst-üstə düşür.

Nəhayət, Qərbi Azərbaycanla bağlı narahat edən başlıca məqama gəlincə, burada ölkəmizin artan nüfuzu, regionda və beynəlxalq aləmdə oynadığı mühüm rola diqqət çəkmək lazımdır. Məlumdur ki, ildən-ilə Azərbaycanın beynəlxalq aləmdə yeri və mövqeyi möhkəmlənir. Dünyanın aparıcı ölkələri Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa önəm verir, onu strateji tərəfdaşı kimi görmək istəyir. Bütün bunların kökündə isə həm də Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu dayanır. Lakin rəsmi Bakının xarici siyasət kursunda ənənəvi balans siyasətini davam etdirməsi qeyd etdiyimiz kimi bəzi Qərb təsisatları, eləcə də regionda mövqe savaşına çıxan bəzi dövlətləri razı salmır. Azərbaycanın öz xarici siyasət kursuna sadiq qalaraq bu və ya digər tərəf arasında fərq qoymaması, müstəqil siyasət həyata keçirməsi Bakıya olan təzyiqlərin artmasına səbəb olan amillərdəndir. Məhz Azərbaycanın da Gürcüstan və ya Ermənistan kimi dəyişkən siyasət yürütməsini istəyən bu qüvvələr vaxtaşırı erməni lobbisi ilə işbirliyinə girərək Bakıya qarşı təzyiqləri artırırlar.

Nəhayət, Azərbaycana qarşı start götürmüş məkirli planın digər oyunçuları zamanında Rusiyaya bu və ya digər dərəcədə bağlı olan fiqurlardır ki, indiki mərhələdə onların da fəallaşması təsadüfi sayıla bilməz. Vətənə xəyanətdə ittiham olunaraq həbs cəzasına məhkum edilən sabiq baş nazir Surət Hüseynovun uzun illərdən sonra anidən peyda olması, mətbuata müsahibə verməsi, eks-prezident Ayaz Mütəllibovun onu müdafiəyəyə qalxması, eləcə də hər seçki ərəfəsində şimal qonşumuzda fəallaşan "Milyaderlər İttifaqı"nın yenidən gündəmə gəlməsi Azərbaycanın sözün həqiqi mənasında bir neçə istiqamətdən hədəfə alındığını söyləməyə əsas verir. Ancaq keçmiş təcrübə və indiyə qədər olan bu kimi cəhdlərin sabun köpüyü effekti verməsi antiazərbaycan şəbəkənin bu dəfəki cəhdinin də uğursuz olacağına dəlalət edir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31