"Qalatasaray" seneqallı yarımmüdafiəçi transfer edib

"Qalatasaray" daha bir futbolçunun transferini rəsmiləşdirib. İstanbul klubu həftəinin əvvəlində tibbi müayinədən keçirdiyi Badu Ndiaye ilə 4 illik müqavilə imzalayıb. Seneqallı yarımmüdafiəçinin transferi "Osmanlıspor"a 7.5 milyon avro qazandıracaq.

O, yeni komandasında 20 nömrəli forma ilə çıxış edəcək. Futbolçu bütün turnirlər daxil olmaqla 25 oyuna çıxsa, 750 min, 50 oyuna keçirəcəyi halda daha 750 min avro bonus kimi Ankara klubuna ödənəcək. Ndiayenin illik məvacibi isə 2.750 milyon avro təşkil edəcək. Türkiyə Superliqası və Avrokuoklarda "Qalatasaray"ın qazanacağı hər xala görə ona 5 min avro mükafat da veriləcək. Ndiayenin "Osmanlıspor"la müqaviləsi 2019-cu ilin yayına kimi nəzərdə tutulmuşdu.  Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31